NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

9-10-11 noyabr

"Çiten" Teatrının rejissoru, rejissorluq nəzəriyyəsi haqqında "Yalnız maraqlı olmaq kifayət edirmi?" kitabının müəllifi Motoi Miura Yaponiyanın teatr ənənələri haqqında danışacaq və Çexovun, Şekspirin və Brextin tamaşa quruluşları təcrübəsindən bəhs edəcək.

 

Harada: “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyi, 2-ci mərtəbə

Nə zaman: 9 noyabr, saat 11:00 – 13:00

 

6 yaşdan 12 yaşına qədər olan uşaqlara kuklanı idarə etmək üzrə dərslər maraqlı olacaq. Dərslər "Sahibsiz it" kukla teatrının aktyorları tərəfindən aparılacaq.

 

Harada: “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyi, 2-ci mərtəbə

Nə zaman: 9 noyabr, saat 14:30 – 16:00

 

"Merlin" kukla teatrının quruluşunda "Heç kimin torpağı" adlı qaranlıq bir hekayəni ailəvi şəkildə izləyirik.

 

Harada: Kukla Teatrı

Nə zaman: 9 noyabr, saat 12:00

 

Lənkəranda, cənub bölgəsini məşhurlaşdıran "Çay, çəltik, sitrus festivalı" start verəcək. Yerli şirniyyatlarla ətirli çayları içməyin, "Haşimi", "Sadri", "Apollo", "Kampo" kimi müxtəlif çeşidli düyülərdən hazırlanan ən azı 50 növ plovun dadına baxmağın əsl vaxtıdır... Plovun ləzzətini isti kabab və ya məşhur Lənkəran ləvəngisi ilə tamamlayın. Bölgənin ən istedadlı aşpazları, fermerləri, sənətkarları festivalın rəngarəng və canlı keçməsi üçün güclərini birləşdirdilər.

 

Harada: Lənkəran şəhəri

Nə zaman: 10 noyabr

 

İranın "Amata Theatre Group" teatrının "Ağa Məhəmməd xan" eksperimental tamaşasını seyr edirik. Rejissor Navid Memar Robert Wilsonun əsərlərindən və zen-buddizmdən ilhamlanıb.

 

Harada: YARAT

Nə zaman: 10 noyabr, saat 15:00

 

Mariinski teatrı Bakıya Haydnın musiqisinə yazılmış "Kimsəsiz ada" operasını gətirib. Dirijor Cavad Tağızadə Mariinski Teatrının idarə pultunun başında dayanaraq Niyazidən sonra ilk Azərbaycanlı quruluşçu-dirijor oldu.

 

Harada: Azərbaycan Dövlət Musiqili Teatrı

Nə zaman: 10 noyabr, saat 20:00

 

Argentinada "Böyük Astor" kimi tanınan, tanqo nuevo musiqi tərzinin banisi, XX əsr bəstəkarı Astor Piazzollanın "Sevgi Tanqosu" baletinin premyerasını seyr edirik.

content_2017040112395110612

Harada: Opera və Balet Teatrı

Nə zaman: 10 noyabr, saat 19:00

 

Rusiyanın ən güclü xoreoqrafiya teatrlarından biri olan "Moskva Baleti" F. Dostoyevskinin romanı əsasında rəngarəng "Kafe İdiot" tamaşasını nümayiş etdirir.

 

Harada: Gənc Tamaşaçılar Teatrı

Nə zaman: 10 noyabr, saat 17:00

 

"Planetin ən dəhşətli gülməli insanı", britaniyalı kloun Chris Lynam klounada sənəti üzrə ustad dərsləri keçirəcək.

 

Harada: “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyi, 2-ci mərtəbə

Nə zaman: 10 noyabr, saat 11:00 – 16:00

 

"Merlin" Kukla Teatrının aktyorları Dimitris Stamu və Demi Papada uşaqlarla işləmək təcrübəsinə malikdirlər. Balaca tamaşaçılarına  işıq və kölgə ilə nağıl yaratmağı göstərəcəklər. İştirak şərtləri: 6+

 

Harada: YARAT, 2-ci mərtəbə

Nə zaman: 11 noyabr, saat 12:00 – 15:00

 

İlk Azərbaycan milli operası olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından həzz alırıq.

 

Harada: Opera və Balet Teatrı

Nə zaman: 11 noyabr, saat 19:00

 

Salvador Dalinin "Tristan" baleti üçün çəkdiyi pərdədən ilhamlanan məşhur Daniele Finzi Pascanın “La Verità” şousu - artıq bu bazar sizi gözləyir! Qaçırmayın.

 

Harada: Bakı Konqres mərkəzi

Nə zaman: 11 noyabr, saat 14:00 / 20:00

 

“Qoqol mərkəzi” Kiril Serebrennikovun quruluşunda “Rusiyada kim yaxşı yaşayır” adlı yeni tamaşanı təqdim edəcək.

 

Harada: Akademik Milli Dram Teatrı

Nə zaman: 11 noyabr, saat 15:00