Sevgililər günündə Fuad Axundov bizə Bakı ilə bağlı ən romantik sevgi hekayələrindən danışacaq. Öncədən rezervasiya etmək mütləqdir!
Harada: Cello Café Lounge
Nə zaman: 14 fevral, 19:00
Cümə günü axşamını "Qürur və qərəz" tamaşasını seyr edərək maraqlı keçirmək olar. Bu əyləncəli hekayə mütləq darıxmağa qoymayacaq!
Harada: Rus Dram Teatrı
Nə zaman: 14 fevral, 19:00
Şənbə günü sənətlə tanış olacağıq, çünki Bakıda Azərbaycan Memarlar İttifaqının üzvü, rəssam, dizayner, memar Zarnaz İmanzadənin qrafik rəsm əsərlərindən ibarət fərdi sərgisi keçiriləcək. Sərgini fevralın 16-dək ziyarət etmək olar.
Harada: Yeni Gallery (Bakı İncəsənət Mərkəzi)
Nə zaman: 12-16 fevral
Övladlarınız rəngarəng və maraqlı "Buratino" tamaşasından mütləq zövq alacaqlar.
Harada: Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Nə zaman: 14 fevral-29 mart
Bazar günü böyük fransız rəssamı Pol Qoqenin həyat və yaradıcılığına dair sənədli film böyük ekranda nümayiş etdiriləcəkdir.
Harada: Park Cinema Flame Towers
Nə zaman: 16 fevral, 13:00
Dolğun həftə sonuna klassik musiqi konserti ilə yekun vururuq.
Harada: Azərbaycan Dövlət Filarmoniyası
Nə zaman: 16 fevral, 19:00