NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

1-2-3 noyabr

Bu həftə sonu, iki həftə davam edəcək 2-ci “Fantaziya” Avropa mədəni irs festivalına start verilir. Festival memarlıq irsinə həsr olunmuş konfrans və Bakının tarixinə həsr olunmuş pop-up muzeyinin açılış tədbiri ilə başlayacaq, müxtəlif sərgilər, film nümayişləri, konsert, master klasslar və teatr tamaşaları ilə davam edəcək.

Harada: Bakı, Gəncə, Qəbələ

Nə zaman: 1-15 noyabr

 

Şekspirin eyni adlı pyesi əsasında Britaniya teatrının quruluşunda "On ikinci gecə" pyesinin videosunu izləyirik. Baş rolda bənzərsiz Stiven Fray iştirak edir.

 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 2 noyabr, 10:00

 

“Ağıllı Bakı” layihəsi 7-14 yaş arası uşaqları "Mendeleyev cədvəli" interaktiv təhsil proqramında iştirak etməyə, kolba və sınaq şüşəsi ilə işləməyi öyrənməyə, əsl kimyəvi təcrübələr aparmağa və evdə təhlükəsiz təcrübələri davam etdirmək üçün lazım olan hər şeyi əldə etməyə dəvət edir.

 

Harada: XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Nə zaman: 2 və 3 noyabr, 13:00

 

Qlobal Milli Meksika həftəsi çərçivəsində #SemanaGlobal Milli Meksika Mətbəxi Həftəsi başa çatır.

 

Harada: Landmark, 20-ci mərtəbə

Nə zaman: 3 noyabra qədər, 18:00 – 22:00

 

#АртЛекторийВкино layihəsi çərçivəsində Roma obrazını müəyyən edən, doqquz papa rəhbərliyi altında çalışmaq imkanına sahib olan yeganə heykəltəraş haqqında İtalya sənədli filmini sey edirik.

Harada: Park Cinema Flame Towers

Nə zaman: 3 noyabr, 13:00