NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

YARAT Studiosda "Açıq qapı günü"

30 sentyabr YARAT Studios bir günlük öz qapılarını ziyarətçilərin üzünə açacaq. Burada çalışan yerli və beynəlxalq səviyyəli rəssamlar qonaqlara öz əsərlərini təqdim etmək, onlara seminarlarda iştirak və hər kəslə öz biliklərini bölüşmək üçün hamını bu tədbirə qatılmağa dəvət edirlər. Böyük sənətçilər ailəsi ilə möhtəşəm incəsənət gününü siz də yaşayın və dizayn, qrafika, fotoqrafiya, elektron musiqi və arxitektura daxil olmaqla, müxtəlif daşıyıcılarda təqdim edilən əsərlərdən ilhamlanın. Yarat qarşısına çox gözəl bir məqsəd qoyur: peşəkar incəsənət dünyasında öz yolunu axtaran gənc istedadları dəstəkləmək.

Müzakirələr və seminarlar: 

"Açıq qapı günü"ndə Nika Kvataladzenin (Gürcüstan) "Post sovet məkanında memarlıq" seminarı, Maykl Hirşbixlerin (Avstriya) portfolio və incəsənət nəşrləri üzrə master-klassı, Fərhad Fərzəliyevin musiqi dizaynı üzrə master-klassı, rəssam Rəşad Ələkbərov ilə görüş, Aqil Tahirlinin Fotoqrafiya master-klassı, Etibar İsmayılovun "Küləklə sovrulanlar" master-klassı, Aydan Mirzəyevanın "ARTIM Lab" müzakirəsi, Şahnaz Ağayevanın qrafika üzrə master-klassı, Şeyla Salamzadənin dizayn üzrə master-klassı təqdim ediləcək. 

Giriş sərbəstdir.

Daha ətraflı məlumat üçün: www.yarat.az; (012) 505 1414