
#SMARTWOMEN layihəsinin növbəti qəhrəmanı fotoqraf Sitarə İbrahimbəylidir. O, Anıq kəndinin sakini, 5 il əvvəl bələdiyyə başçısı olan və bu 5 il ərzində kəndi içməli su ilə təmin edən, futbol meydançası, uşaqların rahatlıqla məktəbə getməsi üçün çay üzərində körpü tikdirmiş 27 yaşlı Samirə Rəsulovanın fotolarını çəkib. Çəkiliş zamanı Sitarə "Galaxy S10 +" smartfonunu istifadə edib.