NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

IV İslam Həmrəyliyi Oyunlarının bağlanışı

22 may tarixində Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçirildi. Şəhərimiz 10 gün ərzində idman bayramı atmosferi, güc, bədən və ruh yüksəkliyi ilə yaşayıb nəfəs aldı.

14954870495586413027_1000x669

 

 

 

 

 

 

Yarışmaların gedişatı bir daha təsdiq etdi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında oyunlara hazırlıq yüksək səviyyədə keçirilmişdir, hətta ən incə detallar nəzərə alınmışdır. Bakıda 16 idman arenası ötən 10 gün ərzində tamamilə qüsursuz fəaliyyət göstərib. Yaradılmış şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə olub. Əminliklə demək olar ki, Bakıda keçirilən oyunlar İslamiada tarixində ən əzəmətli idman bayramı kimi qeyd olunub.

Statistikaya müraciət edək: Bakıya rekord sayda iştirakçılar gəlmişdi - 54 ölkəni təmsil edən 3000-dən çox idmançı, 2000-dən çox komanda rəsmiləri və texniki heyət. İslam Həmrəyliyi Oyunlarında bu qədər sayda ölkənin iştirakı bu günə qədər heç müşahidə olunmamışdır.

"Bakı-2017"-ni 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı seyr etmişdir. Yarışları 1000-dən çox media nümayəndələri işıqlandırmışdır.

Yarışlarda atletlər 24 idman növü üzrə 269 medal dəstləri üçün mübarizə aparıb. Azərbaycan idmançıları parlaq qələbələri ilə xalqımızı sevindirərək müsabiqəni birinci yerdə başa çatdırdı. Onların hesabında 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) var. Ən çox sayda medalları yığmamızın aktivinə cüdoçular qazandırıb. Ümumilikdə onlar 26 medal qazanıb - 11 qızıl, 12 gümüş və 3 bürünc. Nail olunmuş uğurlarda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) böyük rolu var.

Türkiyə (195 medal) ikinci yeri, İran  üçüncü yeri (98 medal), Özbəkistan  dördüncü yeri (63 medal),  Bəhreyn isə beşinci yeri (21 medal) tutub. Ümumilikdə 40 ölkənin idmançıları 1600 medal qazanıblar.

2021-ci ildə V İslam Həmrəyliyi Oyunları İstanbulda keçiriləcək.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

İslamiadanın bağlanış mərasimi son dərəcə  rəngarəng, şərq qonaqpərvərliyinin ruhunda və şəhərimizin gözəlliyinə bürünmüş şəkildə keçirildi. Tamaşaçılar üçün tam bir kostyumlandırılmış çıxış, idmançıların paradı və Azərbaycan ulduzlarının konsertindən ibarət səhnə açıldı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Tədbir rəngarəng atəşfəşanlıq ilə sona çatdı.