NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Odri Hepbernin şəxsi əşyaları Christie’s auksionunda

Odri Hepbern yaşadığı müddətdə tərz ikonası və zəriflik etalonu kimi tanınmışdır. Odri ekran və şəxsi obrazlarına qüsursuz zövq və qadınlıq təcəssüm etdirmişdi. Bunda isə onun dostu və sevdiyi dizayner - Hubert de Givenchy əməyi az deyildi.

audreyhepburn

"Tiffanidə səhər yeməyi" filmində qara futlyar-paltarı, "Sabrina" da təmtəraqlı bal paltarı, "Milyonu necə oğurlamalı" filmində krujevalı,  "Məzəli sima" da qırmızı və Odrinin gəlinlik paltarları - bütün bu libaslar məhz onun sayəsində ərsəyə gəlib.

Budur, 27 sentyabrda Londonda Odri Hepbernin şəxsi əşyalarının auksionu baş tutacaq. Auksiondan əvvəl Christie’s qərargahında sərgi və online-satış keçiriləcək.

audrey-hepburns-belongings-on-auction-2

Auksionda əsas lot  təxminən 6000–8000 funt dəyərində klassik Burberry trençkotu, 1966-cı ildə Givenchy tərəfindən Odrinin fotosessiyası üçün tikdiyi mavi ipəkdən kokteyl paltarı, aktrisanın balet ayaqqabılarından ibarət böyük kolleksiyası, filmlərinin art-direktoru Cin Allen tərəfindən aktrisaya hədiyyə olunmuş "For my fair lady" yazılı alışqan, "Tiffanidə səhər yeməyi" filminin müəllifi Trumen Kapotdan Odriyə yazılan məktublar olacaq.

audrey-hepburns-belongings-on-auction-3

audrey-hepburns-belongings-on-auction-1

Aktrisanın şəxsi əşyaları Christie’s auksionunda ilk dəfə nümayiş olunmur:  2006-cı ildə Givenchy-nin "Tiffanidə səhər yeməyi" filmindəki məşhur paltarı 456 000 funta satılıb.