
Bu gecə Azərkosmos ASC tərəfindən idarə olunan Azerspace-2 - Azərbaycanın üçüncü peyki Fransanın Guyanada Kuru kosmodromundan havaya buraxıldı. Növbəti - ən azı 15 il ərzində Azerspace-2 Avropada, Mərkəzi və Şimal-Qərbi Asiyada, Yaxın Şərqdə və Tropik Afrika ölkələrində yayım xidməti göstərəcək. Uçuşun yayımına Arianespace kompaniyasının Youtube kanalında baxırıq.