O, Bakıdan Parisə, musiqidən fotoya uzun bir yol qət etdi. Foto sənətinin əsaslarını müstəqil öyrəndi və təhsil almaq üçün Spéos və Paris Match məktəbində getdi. Dilini bilmədiyi şəhərlə təkbətək qalan Maya onu obyektivi vasitəsilə gözdən keçirirdi - və onun monoxrom fotolarında o qədər həqiqət var idi ki, onların yanından biganə keçmək mümkün deyildi. O, foto sənətində bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb, həmçinin keçən il Grand Prix Etudiant de Paris Match müsabiqəsinin finalisti olub. İndi isə Art Tower qalereyasında "Frankofoniya həftəsi" festivalı çərçivəsində Maya Bağırovanın "Paris" adlı ilk solo sərgisi keçirilir. Fransa paytaxtını - daş heykəllər və nəhəng quşlar şəhərini onun gözləri ilə görmək üçün unikal fürsətdir.
Sərgi 24 aprel tarixinə qədər davam edəcək.