NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

BÖYÜK ŞƏHƏRIN IŞIQLARI

Eyni zamanda real və transsedent olaraq, kainatın başlıca təməllərindən biri bizim dünyada əsas informasiya mənbəyimizdir. İşıq – həyat, yaradıcılıq, fasiləsiz hərəkətdir. O, ətrafımızda, gündəlik həyatımızdadır, ən əsası isə - incəsənətdədir: orada sanki böyük güzgüdə bəşəriyyətin düşüncələri və diləkləri, fikirləri və hissləri əks olunur.

1447435558_Kari_Kola_Light_is_Here

Bəşər tarixinin ən parlaq mərhələlərindən biri – İntibah dövrü – bizə işığın ali mənəviyyat və mütləq gözəlliyə sahib substansiya kimi anlayışını miras qoydu. “İşığa nəzər sal və onun gözəlliyinə diqqət yetir” – Leonardo da Vinçi məsləhət görür. Qabaqcıl texniki yeniliklərə sahib müasir rəssamlar işıq incəsənətini prinsipial yeni səviyyəyə yüksəltməyi bacardılar. Buna sübut – bütün dünya üzrə keçirilən irimiqyaslı tədbirlərdir ki, bu zaman işıq obyektdən materiala transformasiya olunur, özünü ifadə etmənin əsas forması kimi istifadə edilir.

Hər şey XVII əsrdə Londonda başladı. Taun epidemiyası Avropanı viran qoyurdu və Lionun ümidsiz sakinləri yardım üçün Müqəddəs Məryəmə müraciət edərək onu tərif etməyə dair əhd-peyman bağlayırlar. Görünür, onların duaları eşidilir: epidemiya, şəhərə yetişmədən bitir. Möcüzəli xilaslarının şərəfinə lionlular Müqəddəs Məryəmin heykəlini ucaldırlar ki, onun qarşısında himayəçilərinə minnətdarlıqlarını bildirsinlər.

1447435553_General

Müəyyən edilmiş gün Liona leysan yağış yağır, lakin bu da şəhər sakinlərinin ehtiram çoşqusunun qarşısını ala bilmir: onlar küçələrə çıxaraq Müqəddəs Məryəmin şərəfinə məşəllər yandırmağa başlayırlar. Beləcə illüminasiya ənənəsinin təməli qoyulur. Tezliklə bu təşəbbüs ənənəyə çevrilir və işıq festivalları bütün dünyanı əhatə edir. İşıq gözün adət etdiyi diqqətə layiq yerləri dəyişdirir, onlar fantastik transformerlər kimi nağıl instalyasiyalarına çevrilirlər.

Adətən, belə irimiqyaslı sərgilər geniş mədəni proqramla – çoxsaylı əyləncə tədbirləri, konsertlər və s. ilə – müşayiət olunur. Ən məşhurlarından biri – Berlində keçirilən işıq festivalıdır: saysız-hesabsız rəngarəng lampalar, möhtəşəm atəşfəşanlıq və minlərlə projektorların gözqamaşdırıcı işıqları sayəsində şəhəri şən və gözəl görmək mümkündür.

1447435554_Amanda_Parer_Intrude

Beynəlxalq işıq ilinin bayram kimi qeyd olunması görkəmli ərəb alimi İbn əl-Heysəmin fundamental “Optika kitabı” əsərinin qələmə alınmasının min illiyinə həsr edilmişdi.

Sidneydəki “Vivid Light” işıq festivalı qlobal işıq festivalları hərəkatının təməlini qoydu. “İşıq dairəsi” Beynəlxalq Moskva festivalı zamanı paytaxtın məşhur obyektləri ənənəvi libaslarını kənara ataraq neona bürünürlər. Yaponiyanın Naqaşima adasındakı “Nabano No Sato” botanik bağında isə işıq diod lampaları vasitəsi ilə göy qurşağı, qütb parıltısı və qürub illüziyası yaradırlar. Birləşmiş Millətlər Təşkilatı ötən 2015-ci ili Beynəlxalq işıq və işıq texnologiyaları ili elan edib.

Beynəlxalq işıq ilinin bayram kimi qeyd olunması görkəmli ərəb alimi İbn əl-Heysəmin fundamental “Optika kitabı” əsərinin qələmə alınmasının min illiyinə həsr edilmişdi. Elə o zaman İstanbulda mənim də qatıldığım işıq festivalı keçirildi. Təəccüblü deyil ki, belə tədbirin keçirilməsinə məkan olaraq “Raffles” oteli seçilmişdi. Bizans dekoru, büllur çilçıraqlar, qızılı mozaika, keramika və şüşə instalyasiyaları ilə bəzədilmiş bina əsl şərq təmtərağı nümunəsi hesab edilir, orada mövcud incəsənət obyektlərinin sayına görə isə rəsm qalereyası ilə müqayisə edilə bilər.

1447437113_Wife_G__sterisi2

Jan-Fransua Rozyenin məşhur Dolmabahçe sarayı əks olunan nəhəng foto-əsərinə və ya otelin lobbisini bəzəyən və onun əsas diqqətəlayiq əşyası olan Martin Donun türkiyəli şair Özdəmir Asəfin əsərlərin motivində hazırlanan abstrakt bürünc “Lavinia” heykəlinə nəzər salmaq kifayətdir. Publikaya gözəllik bəxş etmək istəyən dünyanın müxtəlif guşələrini təmsil edən 22 rəssam 17 gün ərzində işıq ideyalarını müxtəlif rənglərə boyayaraq onlara qəribə forma verirdilər. Parlaq işıqlar “Zorlu Center”in zallarını, onun həyətini, meydanını, “Raffles” otelini və hətta metro tunellərini nurlandırdılar.

Fələstinli rəssam Alaa Minavinin “My Light is Your Light” layihəsində altı neon gecə səyyahı; cənubi koreyalı Te Qon Kimin “Dresses of memory” parlayan paltarı; venesuelalı rəssam Maqdalena Fernandesin həyatın sürətli faniliyini əks etdirən payız xəzanı (1PM 015); finlandiyalı dizayner və rəssam Kari Kolanın “Light is Here” instalyasiyası; amerikalı işıq üzrə rəssam Yen Levinin “Hovuz” (Pool) attraksionu...

1447435558_Tae_Gon_Kim_Dresses_of_Memory_2

Psixodelik videoproyeksiyalar, əcayib konstruksiyalar, işıq zolaqlarının sayrışması, rəqs edən balaca insanlar, nəhəng heyvanlar – bütün bunlar işığın təbiəti haqqında əsas suala cavab verməsə də, hər rəssamın fəza ilə məhdudlaşmayan bu efemer hadisə ilə münasibətləri tarixinə nəzər salmağa imkan yaradır. Hər yeni instalyasiya – öz qaydaları ilə oyundur.

O, işığı şüurun varlığına çevirməyə, qorxunu kənara ataraq “o biri tərəfə” nəzər salmağa, öz qəlbinin parıltısını ümumi istifadəyə vermək üçün onu açmağa və bu hadisədən doyunca zövq aldıqdan sonra sehrli tamaşadan xatirə olaraq özünlə neon işığının bir şüasını aparmağa imkan verir...

 

Mətn: Nigar Məhərrəmova
Foto: mətbuat materialları