NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Memar Rossi küçəsində 2

Nənəm mənim balerina olmaq istəyimi eşidən kimi mənə puant hədiyyə etdiyində altı yaşım var idi. Peterburqa gəldikdə məhz bura can atmağım təəccüblü deyil. Və budur, mən artıq liftdəyəm, "doğma atanın" – buradakı tələbələr rektoru belə çağırır - master-klassına qalxıram. Dəhlizdə onun zəhmli səsi eşidilir, köməkçisi qorxa-qorxa pıçıldayır: "Başlayır..."  Əslində isə çoxdan başlamışdı! Düz 280 il bundan əvvəl, imperatriça Anna İsannovnanın fərmanı ilə Qış sarayının xüsusi təchiz olunmuş otaqlarında "İmperator zati-alilərinin rəqs məktəbi" işə başladı. Bir əsr ötdükdən sonra bu məktəb artıq Sankt-Peterburq İmperator Teatr Məktəbi kimi fəaliyyət göstərərək Peterburqun ən qısa Memar Rossi küçəsində yerləşən №2 binasında məskunlaşdı, hazırda isə Aqrippina Vaqanova adına Rus Balet Akademiyası adlanır. Bu, dünyanın ən qədim təhsil müəssisələrindən biridir.

Dəhlizdən sinfə giririk. Nümunəvi nizam-intizam, təmizlik, ehtiramlı sükut bizi barmaq ucunda gəzməyə məcbur edirdi. Ötən illərin rəqs əfsanələrinin baxışları portretlərdən bizi davamçılarına – canlı əfsanə Nikolay Tsiskaridzeyə tərəf müşaiət edirdi.

"Bayram-insan", "tamaşa-insan" – 2013-cü ildə Moskvalı birinin "Vaqanovkanın" rektoru olaraq təyin olunmasını inamsızlıqla və qəzəblə qarşılayan Peterburqlular bu gün onu belə çağırır. Bu illər ərzində Nikolay sübut etdi ki, dahi artist yüksək vəzifəli şəxslərə milli qurur kimi təqdim olunan təhsil müəssisəsinin dahi administratoru ola bilər.

Master-klass beş saat davam etdi, onunla bərabər vaxtı keçmiş plyonkalı kamera ilə çəkilişimiz də... Qapağı ilişir, qorxu ilə təxmin edirəm: birdən heç nə çəkilməz?.. Bu işdə şagirdlərlə eyniyəm: onlar da akademiyanın divarları arxasında onları nə gözlədiyini bilmirlər. Heç bir zəmanət yoxdur, yalnız iş dəzgahı arxasında gündəlik əmək, Ranevskayanın dediyi kimi "çiçəklər içində katorqa"...

 

In VERY EARLY ballets, dancers wore MASKS and heavy costumes that were difficult to move in. It wasn't until the 1720s, when a dancer named Marie Camargo SHORTENED HER DRESS above the ankles, that ballet footwork became more elaborate. 

Ballet begain in PARIS, FRANCE in 1661. It traveled from there to Italy and Russia, where BALLET MASTERS continued to teach and improve upon ballet's methods.

EVERY TIME a dancer jumps on pointe, three time her body weight is CARRIED ON the tip of her big toe.

Learning ballet is wonderful for children even if they never become dancers. It is wonderful because it teaches discipline, grace, and manners.

Mətn və foto: Leyla Sultanzadə