Azərbaycan Rəngkarlığı Muzeyində YARAT tərəfindən “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi təşkil edilib. Ekspozisiya Azərbaycan sənətində hər yeni ilin dəyişiklik və hadisələrlə zəngin olduğu, yeni janrların və yeni formaların yarandığı, rəssamların sadə dekorativ sənətdən süjetli, həcmli sənətə keçid etdiyi, özünü ifadə etməyin yeni vasitələrinə sahib olduğu və bununla da yeni mövzular dairəsinin əlçatan olduğu parlaq bir dövrü əks etdirir.
XX əsrin əvvəlləri Azərbaycanda həyatın bütün sahələrinə təsirsiz ötüşməyən mədəni, ictimai və siyasi dəyişikliklərə təsadüf etdi. Əli bəy Hüseynzadənin çəkdiyi "Bibiheybət məscidi" (1907) tablosu Azərbaycan təsviri sənəti tarixində ilk peyzaj olmuşdur və buna görə də böyük dəyişikliyin başlanğıcına çevrilmişdir. Məhz bu dəyişikliklər əsrində məşhur rəssam Qeysər Kaşiyeva yaradıcılıq fəaliyyətinə başlayıb.
Əli bəy Hüsenzadə. Bibiheybət məscidinin görüntüsü, 1907
Əli bəy Hüsenzadə. Şeyxülislamın portreti, 1900-cu illər
Əli bəy Hüsenzadə. Ömər Xəyyam, 1990-cu illər
Geysar Kashiyeva. Portrait of a boy, 1910s
1910-1920-ci illərdə pantürkizm, millətçilik və vətənpərvərlik ideyaları fəal şəkildə inkişaf etmişdir. Bu illər ərzində Əzim Əzimzadə və peşəkar sənət təhsili almış ilk azərbaycanlı sənətkar Bəhruz Kəngərli fəaliyyət göstərib.
Bəhruz Kəngərli. Əsgər, 1921
Əzim Əzimzadə. Arvadını döyən kişi, 1937
Əzim Əzimzadə. Qadın hamamı, 1935
İsmayıl Axundov. Qəzet oxuyan qadın, 1928
Növbəti on ildə Bakıda ilk incəsənət məktəbi açıldı. Azərbaycan rəssamları digər Sovet ölkələrindən olan həmkarlarının təcrübələrini və rus realizminin ənənələrini mənimsəmişlər.
Ələkbər Rzaquliyev. Türk qadını boğça ilə, 1927
Sadıq Şərifzadə. Bizim Astarada, 1930-cu illər
Mixail Gerasimov. Oğlan, 1930
Əli Rasim Muxtarov. Pambıq yığımı, 1931
Tağı Tağıyev. Qadın portreti, 1938
Tağı Tağıyev. Natürmort, 1938-1940
1930-cu illərdə gənc rəssamlar Qəzənfər Xalıqov və Salam Salamzadə XX əsrdə təsviri sənətdə milli üslub yaratmaq üçün ilk və yeganə cəhd göstərirlər - onlar parlaq, sadə miniatür ənənəsini əsas olaraq götürürlər.
Qəzənfər Xalıqov. Qadınlar şurası, 1930
Salam Salamzadə. MTS-ın açılışı, 1929
Bu sərgi o dövrün səsidir. Bu sərgiyə təkcə rəngkarlıq və qrafika deyil, həm də arxiv sənədləri və əlyazmalar, Bəhruz Kəngərlinin “Naxçıvan albomu”, teatr afişası, ağ-qara fotoşəkillər, Cəfər Cabbarlanın məktubları və əlyazmaları və daha çox şey daxildir. Divarlarda isə o dövrün Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Ümgülsüm Sadıqzadə kimi çağdaş şairlərinin şeirlərini oxumaq olar.
Səməd Vurğun. Səadət nəğməsi, əlyazma, 1937
Cəfər Cabbarlının məktubları. 1920-ci illər
Hüseyn Cavid. Şeyx Sənan, əlyazma, 1914
“Nəğmə” teatr afişası. 1920-ci illər
Əli bəy Hüsenzadə
Lətif Feyzullayev. Qaçaq Nəbi, 1940
Oqtay Sadıqzadə. Kommunist küçəsi, 1941
Sərgi aprelin 10-dək açıqdır, giriş pulsuzdur.