Üsyan - yaxınınızın ağrısına laqeyd olmaq demək deyil
Elçin Səfərli
Heç başqaları kimi olmadığınızı düşünmüsünüz? Ətrafdakı insanlar sizi anlamadıqda, fərqli düşündükdə məyus olursunuz? Əgər belədirsə, bunun izahlarından biri – təbiətcə üsyankar olmağınızdır. Bunda pis bir şey yoxdur, sadəcə sizin dünyaya öz baxışınız və öz münasibətiniz var! Üsyankar, qiyamçı – bu sosial təzahürdür. Ancaq ilk növbədə o öz həyatının qaydalarını yaradan biridir. Bu, ümumiyyətlə müəyyən bir standarta uyğun yaşamağa alışanlar arasında xoş qarşılanmır. Odur ki, əgər bizdən birisinizsə – və mənə elə gəlir ki, özümü də sizin aranızda görə bilərəm – davamını oxuyun!
− “Çılğınlığın” ilk əlaməti istənilən göstərişlərə və təlimatlara kəskin nifrət hissidir. Yaradıcılığınızın, individuallığınızın və özünəməxsusluğunuzun hər hansı məhdudiyyətlərə məruz qalacağını düşündüyünüz anda mənəvi narahatçılıq hiss edirsiniz və öz qaydalarınızla öz dünyanızı yaradırsınız.
− Əgər sizə deyilənlərə həmişə zidd hərəkət etmək arzunuz yaranırsa, o zaman yüksək ehtimalla sizin üsyankar bir zəkaya sahib olduğunuzu demək olar.
− Siz tamamilə məsuliyyətli biri ola bilərsiniz, ancaq zaman-zaman vəd edilən vaxtı görməzdən gəlirsiniz və ya bəzi tapşırıqların icrasını təxirə salırsınız, çünki bu işləri yerinə yetirə biləcəyinizə çox əminsiniz? O zaman sizin yeriniz mütləq bizim yanımızdır! Biz öz qaydalarımızla oynamağa və qazanmağa alışmışıq!
− Biz boş yerə çalışmırıq, həmişə nəticələrindən asılı olmayaraq düz yolu seçirik. Və əminik ki, ən uyğun anda görünməz sehrli papaqdan "ağ dovşanımızı" çıxardacağıq!
− Təbiətcə biz spontanıq. Əgər siz fövqəladə vəziyyət yaratmağı, sonra da həmin vəziyyətdən çıxmağı bacarırsınızsa – siz bizlərdənsiniz!
− Üsyançılar nadir hallarda olduqlarından daha yaxşı, xeyirxah və daha uğurlu görünməyə çalışırlar, lakin heç bir şirkətdə özlərini uğursuz hiss etmirlər. Biz özümüzü öz yermizdə çox rahat hiss edirik!
− Özümüzü məmnuniyyətlə olduğumuz kimi qəbul edirik və ən çox qəddarlığın hökm sürüdüyü bu məlum dünyaya qeyri-adi və parlaq münasibət sayəsində həyata harmoniya gətiririk.
− Çox vaxt bizim şüuraltı səviyyədə qurulmuş normalardan kənara çıxmaq istəyimiz olur. Bizim üçün qeyri-standart düşünmək, sadə bir insanın cəsarət etmədiyi addımı atmaq təbii və adi haldır!
Biz həmçinin qiyamçı təbiətliyik, sevməyi, həm də çox sevməyi bacarırıq! Çünki sevgimiz də heç bir sərhəd tanımır! Ən əsası rədd ediləcəyimizdən qorxmuruq. Bu əlamətlərdən ən az birini özünüzdə hiss edirsinizsə, deməli, siz daxilən düşündüyünüzdən daha güclüsünüz. Yeri gəlmişkən çılğın, qiyamçı olmaq – parlaq və maraqlı yaşamağın əla yoludur, çünki məhz biz başqalarından fərqli olaraq onların klişe zehni və ətraf qınağından qorxduqları üçün qaçırdıqları gözəl anlardan zövq almağı bacarırıq.
P.S. Lakin təsadüfən öz barmaqlarınıza basmamaq üçün vicdanınızı və ağlınızı vaxtında işə salmağı unutmayın!
Ülviyyə Mahmudova,
Baş redaktor