OOO Baku Steel Company (BSC) - Azərbaycanın metallurgiya sənayesində aparıcı rol oynayan qabaqcıl poladəritmə şirkətidir. Zavodda mindən çoxu kişi, 71-i qadın olmaqla 1122 nəfər çalışır. Müəssisənin gənc kadrlarının artırılmasının təminatlarından biri də metallurgiya fakültələrinin tələbələri üçün BSC tərəfindən "polad" təqaüdünün təsis olunmasıdır. BSC-nin işçilərinin yaş həddi - 18-dən 50-ə qədərdir.
OOO Baku Steel Company Qafqazda ən böyük metallurgiya müəssisəsidir
2001-ci il 21 iyun tarixində şirkətin rəsmi açılışında ümummilli lider Heydər Əliyev iştirak edib
Emalatxanalarda - ABŞ, Fransa, Türkiyə, Hindistan və digər ölkələrdən olan avadanlıqlar quraşdırılıb.
Son modernləşdirilmə sayəsində istehsal olunan məhsulların nəinki sayı, həm də keyfiyyəti artıb.
BSC-də bir çox abadlıq işləri aparılıb, bu da zavodun bütün ərazisində unikal ekoloji təmiz mikroiqlimin yaradılmasına səbəb olub.
BSC 2016-cı ildən dairəvi dəmir çubuqların istehsalına başlayıb, bu da boruları tamamilə öz xammalından istehsal etməyə imkan yaradıb.
Zavodun rekonstruksiyasında (yenidən qurulma işlərində) 500 dən çox mühəndislər - iyirmi yerli və xarici şirkətlərin əməkdaşları iştirak edib.
BSC-nin ümumi poladəritmə gücü 1,1 milyon ton təşkil edir.
Şirkət daima öz məhsul çeşidlərini genişləndirir. Bu məqsədlə, çox profilli künclüklər, şveller, ikitavrolu və keçə istehsalına başlayan iki yeni yayma xətləri quraşdırılıb.
Müəssisənin rekonstruksiyası çərçivəsində Almaniya və İsveçrədə istehsal olunmuş avadanlıqlarda yüksək dəqiqliklə əritmə analizi apara bilən mərkəzi spektral laboratoriya yaradılıb.
İdeya və mətn: Ülviyyə Mahmudova
Çəkiliş üzrə prodüser: Nigar Əhmədova
Foto: Pərviz Qasımzadə
Video: Hüseyn Gəribov