NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Londonda Vivyen Linin əşyalarının sərgisi

Istedadlı və gözəl Vivyen Li tamaşaçıların qəlblərində əbədi olaraq 1939-cu ilin "Küləklə sovrulanlar" kult filmindəki cəsarətli və çox güclü Skarlet O'Hara kimi qalıb. Aktrisa və onun qəhrəmanı arasında hər zaman müqayisələr olunacaq. Londondakı sərgi - Vivyen və Lourens Olivye arasındakı sevgi hekayəsini, onun xəstəliyi və məşhur rolunun təfərrüatını, məşhur "küləklə sovrulan" Skarletin əslində kim olduğunu açmağa çalışacaq.

Arzu edən hər kəs Vivyenin ailəsində qorunub saxlanılan rəsm əsərləri, zinət əşyaları, geyimləri, kitabları, mebel əşyaları vasitəsilə onun həyatının bir parçasına toxuna biləcək. Şəxsi fotoları, hədiyyələri və hətta çəkilişləri bitdikdən sonra ona hədiyyə olunan əfsanəvi rolunun ssenarisi onun Londonda müharibə öncəsi illərindən başlayaraq Hollivuddakı işlərinin, həmçinin 1967-ci ildə vəfatınadək həyatının müxtəlif tərəflərini göstərəcək. Sərgi tamamilə fərqli Vivyen görməyə kömək edəcək: Britaniya rəssamlarının himayədarı, ədəbiyyat pərəstişkarı və mesenatı.

Sentyabr ayında bütün nümayiş olunan əşyalar Sotheby’s auksionunda satışa çıxarılacaq.