
YARAT Müasir İncəsənət Məkanı Bakı Dənizkənarı İdarəsi ilə birgə, "YARAT Freestyle" proqramı çərçivəsində 23 iyul tarixində açıq havada iri miqyaslı yoqa festivalı keçirdi. Festivalın başlıca məqsədi – sağlam həyat tərzini populyarlaşdırmaqdır.
Festival səhər saat 10-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başladı. Tədbirdən olan foto hesabatlara baxmağı tövsiyə edirik.