NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Zeynəb Cahan: Majorel bağı

Böyük məmnuniyyətlə yeni ilin ilk günlərində sizə "uzaq qərbdən" günəşli xəbərləri çatdırıram. Mərakeş Krallığından olan xəbərlər nəinki dünyanın hər yerindən gələn, bu dəfə mənim də aralarında olduğum turistləri, həm də bütün Məğrib sakinləri, Mərakeşliləri də cəlb edir. Mərakeşi "qırmızı şəhər" və ya "qırmızı torpaq" adlandırırlar, mənim təsəvvürümdə isə bu terrakota rəngindədir: bütün binalar yerli, sarı-qırmızı gildən inşa edilib. Harada olursunuzsa olun, həm köhnə şəhər, həm də yeni evlər vahid, qəhvəyi-qırmızı rəngə boyanıb, burada hətta yuxular belə bu çalarlarda görülür.

Ancaq, bəhs etmək istədiyim yer tamam fərqli rənglərlə doludur. Majorel bağı - vərəmdən xilas olmaq üçün XX əsrin əvvəllərində Mərakeşə gələn fransız rəssam və şərqşünas Jak Majorelin evi olub. Burada o, müalicə və uyğun iqlimdən savayı, həm də ilham dənizi də tapır. Burada qalaraq, o əsrin əvvəllərində şərq həyatını rəsmlərdə təsvir edir, lakin tarixdə təsviri sənət bacarığından çox landşaft dizaynı üzrə istedadının izini qoyub...

Majorel botanika ilə dərindən məşğul olurdu. Saraylar ölkəsində yaşayaraq o, Mərakeşin qəlbində evə sahib olur, həmçinin öz rəsm əsərləri üçün həyat səhnələrindən başqa ekzotik bitkilərin də axtarışı üçün Şimali Afrikaya səyahət etməyə davam edir. Bütün bunlar bu gün rəng və qoxuların sehrli bir ansamblıdır. Rəssamın maraq göstərdiyi bitkilərlə bəzədiyi studiyası bu gün Mərakeşin ən əsas diqqətəlayiq yerlərindən birinə çevrilərək böyük bir "Bağa" dönüb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Bura rəssamın sağlığında, 60-cı illərdə ictimaiyyət üçün açıq idi; onun ölümündən sonra isə bərbad vəziyyətə düşmüşdü və əgər burada "tükənməz ilham qaynağı" tapan Yves Saint Laurent və Pierre Berge olmasaydılar demək olardı ki, tamamilə məhv ola bilərdi. Onlar bağın mühafizəsi və bərpası ilə məşğul oldular, elə onlar da burada İslam İncəsənət Muzeyinin - inanılmaz floristikanın arasında kiçik bir muzey oazisinin açılmasının səbəbkarlarıdır.

Kuturyenin ölümündən sonra burada "LOVE" qalereyası quraşdırılmışdır - Yves Saint Laurentin 1970-ci ildən 2000-ci ilədək olan dövrlərdə yeni il üçün yaratdığı posterlər və təbrik kartları seriyasından ibarət olan qalereya.

Zeynəb Cahan