NARGIS
NARGIS MAGAZINE
Nargis TV

Ad günün mübarək, Respublika!

28 May 1918-ci ildə, düz yüz il əvvəl, biz bütün dünyaya bəyan etdik ki, öz gələcəyimizi təyin etmək hüququmuz var. İlk demokratik parlament, qadınların hüquq bərabərliyi, ilk universitetimiz... Bütün bunlar həmin coşqulu 23 ayın mirasıdır. Bu miras mavi, qırmızı və yaşılı sadəcə rəng ardıcıllığı deyil, doğma və əziz bir simvol kimi qəbul edən insanların qürur mənbəyidir.

Bizim başı uca gəzib və özümüzü azərbaycanlı adlandırmağımız üçün bu 23 ay ərzində mübarizə aparan və zəhmət çəkən hər kəsə təşəkkürümüzü bildiririk.

Ad günün mübarək, əziz Respublika!