NARGIS
Ru En
NARGIS MAGAZINE
PODIUM

Nyu-Yorkdakı Moda Həftəsinin yeni "adətləri"?

Fevral ayı soyuq keçə bilər, amma Nyu-York Moda Həftəsi isti xəbərlərlə dolu idi. Ardıcıl ikinci mövsüm, təşkilatçılar təəcübləndirməyə davam edir. Hələ keçən il Amerika Modelyerlər şurasının (CFDA) sədri vəzifəsində olan Diana fon Fürstenbergi əvəz edən Tom Ford süni uzanan cədvəli istisna edən siyasətinə qəti surətdə əməl edir. Həmçinin onun təşəbbüsü ilə tədbirlərin keçirilməsi üçün platformalardan biri Los-Anceles oldu. Hollivudda keçirilən nümayişlər əsas Moda Həftəsindən əvvəl başlamışdı, orada "Oskar" mükafatından iki gün öncə podiuma Tom Ford çıxdı. Onunla bərabər Baja East və M Missoni də əsas cədvəldən kənara çıxdılar...

  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

 Tom Ford 

Digər moda "miqrantları" Amerikanın cənub-şərq sahilləri ilə kifayətlənmədilər və öz coğrafiyalarına Köhnə Dünyanı daxil etdilər. Nyu-York Moda Həftəsi iştirakçılarının siyahısında bir çox amerikalı böyük dizaynerlərin olmadığını görməmək mümkün deyildi. Tommy Hilfiger Londonda çıxış edəcək; Jeremy Scott Paris Moda Həftəsinin iştirakçısı olacaq; Philip Lim Great Jones street-dəki butikində əyləncə gecəsi keçirəcək; alternativ qərarlar Ralph Lauren-dən də gözlənilir. Metyu Adams Dolan və Məryəm Nassir Zadə ümumiyyətlə payız-qış mövsümünə əhəmiyyət verməmək qərarına gəliblər. Alexander Wang markanın 15 illik yubileyini layiqincə yazda qeyd etmək üçün mövsüm şousunu ləğv etdi. Savage x Fenty keçən ilin sentyabr ayında Barclay mərkəzindəki səs-səda salan şoudan sonra fasilə verdi, baxmayaraq ki, Rihanna bir sıra moda tədbirlərində iştirak etmişdi: fevralın əvvəlində o, Nyu-Yorkda Bergdorf Goodman-da pop-up butikin açılışını etdi. 

  •  
  •  
  •  
  •  
  •  
1 / 5
 

Vera Wang

  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Tory Burch

  •  
  •  
1 / 5

Tadashi Shoji

  •  
  •  
  •  
  •  
  •  
1 / 5
 

Self-Portrait

  •  
  •  
  •  
1 / 5

Rag&Bone

  •  
  •  
  •  
1 / 5

Proenza Schouler

Tanya Taylorun məşhur komiklərlə birlikdə çəkilən video çarxların təqdimatı üçün podiumlardan imtina etməsi ilk dəfə deyil. Brend eyni materialı öz lukbukunda istifadə edəcək. Kate Spade Nyu-York payız-qış 2020 kolleksiyasını sosial şəbəkələrdə təqdim edir və kulisdə çəkilən iş prosesini qısametrajlı sənədli film tərzində video olaraq nümayiş etdirəcək. LVMH Mükafatının qaliblərindən biri Kozaburo Akasaka yaradıcı bir yanaşma göstərdi: o, "aylıq butik" konsepsiyasını təqdim edir. Phantom Ranch adlı butikdə onun vintaj kolleksiyasından şəxsi əşyaları və sakiori toxuculuq sənətinin nümunələri təqdim olunub. 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5
 

Prabal Gurung

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Oscar de la Renta 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Naeem Khan

  •  
  •  
  •  
1 / 5

Longchamp

Sies Marjan

  •  
  •  
1 / 5

Khaite

  •  
  •  
  •  
  •  
1 / 5

Jonathan Simkhai

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Jason Wu Collection

  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Eckhaus Latta

İncəsənət trenddədir 

"Böyük alma" meqapolisinin qonaqları təkcə modanı seyr etmək deyil, həm də böyük muzeyləri ziyarət etmək imkanı əldə ediblər. Tori Börç "Sotheby's" muzeyini seçdi, Afrika İncəsənət Muzeyi isə "Area" brendinin şousu üçün podiuma çevrildi; MM6 Maison Margiela və Tommy Hilfiger fevralın 16-da Londonun "Tate Modern" muzeyində çıxış edəcəklər. Daha sonra, elə fevral ayında  Los-Ancelesdən olan dizayner Pyer Devis özünün "No Sesso" adlı sonuncu kolleksiyasını Müasir İncəsənət Muzeyində təqdim edəcək. 

  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Dion Lee

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Dennis Basso

  •  
  •  
1 / 5

Christian Cowan

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Carolina Herrera

Zadig&Voltaire

  •  
  •  
  •  
1 / 5

Brock Collection

  •  
  •  
  •  
  •  
1 / 5

Brandon Maxwell

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Bibhu Mohapatra

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Badgley Mischka

  •  
  •  
  •  
1 / 5

Alejandra Alonso Rojas

"Ekoloji" istiqamət 

Etiraf etməliyik ki, moda nümayişləri təbii sərvətlərin keşiyində dayanmırlar. Təkcə nümayişlər çox sayda tullantı yaradır, on dəqiqəlik bir şou isə yüksək enerji təchizatı tələb edir. Görünür ki,  ilin əvvəlində qeyd edilən ekoloji böhranlar eko-fəalların çıxışlarına reaksiya verən dizaynerlərin diqqətindən yayınmadı. Bu ilki Moda Həftəsi daha az plastik, təkrar istifadə edilə bilən dekorasiyalar və tullantılarla fərqləndi. Parisdəki "ClimateNow" konfransında sentyabr ayında Gabriella Hearst brendinə neytral karbon izi ilə moda nümayişi təşkil etməyə kömək edən EcoAct-ın direktoru Kristina Raventos komandasının Nyu-York Moda Həftəsində digər brendlərlə birlikdə çalışdığını bildirdi. Payızda Gabriella Hearst hətta saç düzümünü və qrimini elektriksiz etməyi tələb etdi, dəri ilə hörülmüş hörükləri isə mövsümün trendinə çevrildi. London Moda Həftəsi moda şoularının insanları yeni paltar almağa və nəticədə köhnələri atmağa təşviq etdiyi üçün ləğv olunmasını düşünən Extinction Rebellion təşkilatının çıxışları ilə müşayiət edildi. 

Bizə isə hadisələri izləmək və qarderobdan unudulmuş geyimləri çıxarıb moda tendensiyası olaraq qəbul etmək qalır, bu da açıq şəkildə maddi nemətləri rasional istifadəsinə can yandıran modabazları çox sevindirir.

Mətn: Nurziyə Xəlilova

Vogue jurnalının materiallarına əsasən