NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

HƏMİŞƏ GÜLƏN ADAM

"İnsan - gülməli və gülən heyvandır", – M. Çulkov deyib. Həqiqətən, biz belə bir bacarığı olan yeganə bioloji varlıqlarıq. Gülən insan – homo ridens – yumor hissi olmayan yaraşıqlı insandan daha çox cəlbedicidir.

Üstəlik bir də o, güldürməyi bacarırsa!..

img_3764retouch1_copy

İri gözlü qıvrımsaç və ifadəli mimikası olan cılız gənc 1994-cü – İnnokentiy Smoktunovskinin vəfat etdiyi, Dakota Fenninqin yenicə doğulduğu, Qərbdə "Leon" filminin çəkildiyi, Bakıda isə "Əsrin müqaviləsi" imzalandığı ildə televiziya qarşısında toplanan bütün ailə yığıncaqlarının arzuolunan qonağına çevrildi. O vaxtdan bəri körpünün altından çox su axıb. Bu gün televiziya ekranlarında 1994-cü ildən sonra dünyaya gələnlər parlayır, onların artıq öz auditoriyası formalaşıb. Lakin Maksim Qalkin hələ də anşlaq toplamağa davam edir. O, qastrollarda çıxış edir, televiziya proqramlarını aparır, 2017-ci ildə isə o, söhbət janrının pərəstişkarlarına – "25 il səhnədə" adlı konserti bəxş etdi. Doğrusu il baxımından bir qədər aldadır - olsun, nə olar ki?

Amma yenə də tamaşaçılar arasında Qalkinin zarafatları ilə böyüyən bir çox izləyici var idi.

Zadornov, gənc Maks Qalkinin pərdə arxasında necə dayanıb və onun çıxışlarını dinlədiyini bildirmişdi.

Rusiya Dövlət Humanitar Universitetinin dilçilik fakültəsinin məzunu öz dinləyiciləri ilə savadlı şəkildə kontakt qurmaq üçün eşitdiyi hər bir zarafatı beynində götür-qoy edirdi. Odur ki, Maksimin digər çıxışları "köhnəlmiş" olsa da, hər kəs zaldakı atmosferdən, ifadələrinin ambivalentliyindən məharətlə istifadə etdiyindən, təbii söhbətindən zövq alır, axı belə söhbət aparmaq – asan sənət deyil!

Dilçilik, bu arada, Maksimi aspiranturaya gətirib çıxardı. Düzdür, iş müdafiəyə qədər gəlib çatmadı. On il bundan əvvəl işıq üzü görən "Oh, xoşbəxt adam!" bayopikinə "Komik dilin mexanizmləri" konfransından kadrlar daxil edilmişdi, filmdə təcrübəli M.A. Qalkin artıq o zaman öz müşahidələrini şərh edirdi: "gülüş ölçüsü – tamaşaçıların reaksiyasıdır", "yumor təkrarlara həssasdır", "düzgün kontekst və reprizin aktuallığı isə – onun uğurunun açarıdır"...

Maksim Aleksandroviç, müsahibələrinizin birində senzuradan danışmışdınız: guya siyasi zarafatları efirdən çıxarırlar. Bəs hakimlər kimlərdir?

Mən mümkün olduğunu düşündüyüm kimi zarafat edirəm. Televiziya isə, öz növbəsində, mümkün hesab etdiyini göstərir. Bu televiziya kanalının rəhbərliyindən asılıdır. Bu yaxınlarda Birinci kanalda konsertim vardı demək olar ki, heç bir ixtisar olmadan yayımlandı, hərçənd siyasi yumor kifayət qədər idi.

img_4053-final_copy

Parodiya etdiyiniz insanlar arasında sizdən inciyənlər olmuşdumu?

İnciyənlər barədə heç bir məlumatım yoxdur, şəxsən mənə heç kim şikayət etməyib.

Məsələn, siz və Vladimir Volfoviç tez-tez bir-birinizlə zarafat edirdiniz. O, sizə 27 yaşınıza çağırış vərəqəsi və "Bosfor və Dardaneldə qızıl balıq kimi üzəcəyiniz" sözünü vermişdi...

Vladimir Jirinovskiyə gəldikdə, mənə elə gəlir ki, onun publikaya oyunu və əsl duyğuları arasında sərhəd qoymaq mümkün deyil!

Son çıxışlarınızda, Trampla bağlı zarafatlarınızda Mixail Zadornovdan alıntılar olduğu hiss olunurdu. Əbəs yerə birlikdə qastrollara getdiyiniz zaman sizin onun davamçısı olduğunuzu demirdi.

Zadornov məni ötən əsrin sonunda, zarafatca davamçısı adlandırırdı! Siz 2017-ci ildə bunu xatırlayırsınız?! Xeyr, əgər mən onun peşəkarlığından zərrə qədər mənimsəmişəmsə, əlbəttə ki, buna çox şadam!

Aspiranturanı niyə tərk etdiniz?

Çünki saatlarla stulda oturmaq üçün hövsələ lazımdır. Eyni zamanda həm elmi, həm də səhnə işi ilə ciddi şəkildə məşğul olmaq mümkün deyil. Amma elmi mühit ilə gözəl münasibətim hələ də var, bəzən məni məruzə ilə çıxış etrmək üçün konfranslara dəvət edirlər.

Madam ki, söz yumordan düşdü, misal üçün, niyə görə ciddi sifət ilə edilən zarafat çox vaxt daha "partlayıcı" olur, nəinki qəhqəhə ilə danışılan zarafat?

Çünki partlayıcı hər zaman gözlənilməzdir!

Şəbəkə trollinqinə və trollara münasibətiniz necədir?

Biganə. Mənim onlarla kəsişmək kimi şansım yoxdur: sosial şəbəkədə hesabımı admin idarə edir.

Bəs komediyalara? Niyə, məsələn, müasir rus kinosunda çox sayda komediya var, amma həqiqətən gülməli olan azdır?

Əsl gülməli nadir hallarda düşünülür. Axışa doğru gedən yaradıcılıq isə qaçılmaz olaraq keyfiyyətini itirir. Son vaxtlarda komediya izləməyi xoşlamıram, hətta tövsiyə etsələr belə, buna görə də orada nə baş verdiyini dəqiq deyə bilmərəm. Mən fantastika, fentezi, triller, macəra sevirəm...

Buna baxmayaraq, tam iki il bundan əvvəl Maksim Qalkini "Krallar hər şeyi bacarır" komediya nağılında iki simada gördük. Hətta deyirdilər ki, əkizlərin dünyaya gəlişini Maksim çəkiliş zamanı Jitomir şəhəri yaxınlığındakı meşədə ağaca (!) bağlı olduğu zaman öyrənib. Aydınlaşdırmağa çalışırıq - bəli, növbəti yalan xəbər: "Əvvəl uşaqların doğulduğunu öyrəndim, sonra çəkilişə getdim" – Maksim deyir.

Onun Alla Borisovna Puqaçova ilə olan nikahı - hər cür təxminlərin bitməyən xəzinəsidir. Bir vaxtlar qrafinya Tolstayaya məxsus, qulağa xoş gəlməyən “Qryaz” kəndində La Pierre Blanche qəsri; qəsrdə "həbs olunan", indi yalnız yaxınları üçün ifa edən primadonna - qızıl qəfəsdə nadir quşdur; mətbuatın inadla şahzadələr adlandırdığı iki gözəl bala – Harri və Yelizavetta... Hətta qəsrdə yaşayan Marusya adlı şpits əsilli-nəcabətli it cinsidir. Və ən maraqlısı Maksimin üzündə vəziyyəti lağa qoyan "ironiya iblisi" var.

Sizin iqamətgah haqqında yazmayan qalmayıb! Bu Viktorian tərzidir?

Daha çox eklektik elementlərlə roman qotikasıdır.

img_4122_copy

Deyirlər ki, burada hətta siqaret çəkmək üçün də otaq var. Ancaq özünüz siqaret çəkmirsiniz?

Mən yox, amma gələn qonaq orada çəkə bilər..

Görünür, Siz gözəl həyata dəyər verirsiniz...

"Gözəl həyat" nədir? Mən sadəcə keyfiyyəti və rahatlığı sevirəm. Və istedadla görülən işi qiymətləndirirəm.

Bəs meqalomaniya - sizə aiddir?

Yox, əlbəttə! Mən özümü heç vaxt başqalarından üstün tutmuram və təkkəbbürlü deyiləm.

Altı aydır ki, "Ən yaxşılar" istedadlı uşaq şousuna aparıcılıq edirsiniz. Bir uşağa "ulduz" rolunu aşılamaq gələcəkləri üçün qorxulu deyil? Az yaşlarından onların ən yaxşısı olduqlarını beyinlərinə yeritdikləri üçün sonradan həyatda xəyal qırıqlığına uğrayan nə qədər istedadlı uşaqlar var!

Bu proqramda yalnız üstünlükləri görürəm: bu proqram uşaqlarda bilik arzusunu inkişaf etdirir, onların dünyagörüşünü genişləndirir və hər şey bir kənara, nəhayətində əyləndirir.

Yeri gəlmişkən, tərbiyə haqqında danışaq. Bir dəfə "Axşam Urqantı" şousunda valideynlərinizlə birlikdə intellektual oyun oynadığınızı demişdiniz: istənilən riyazi hesablamalara görə dörd rast gəlinən rəqəmdən on sayını əldə etmək kimi bir oyun. Uşaqlıqda başqa necə vaxt keçirirdiniz?

Çoxlu kitab oxuyurdum. Çox vaxt anamla eyni kitabı oxuyurduq, sonra isə təəssüratlarımızı bölüşürdük. Məsələn, Cerald Durrell-dən bir-birimizə ucadan məzəli hissələri oxuyurduq.

Necə düşünürsünüz, uşaqlara həmişə həqiqəti demək lazımdır?

Ən azından yalan söyləməməyə çalışmalıyıq.

Bəs siz Alla Borisovna ilə narahat valideynlərsiniz?

Belə deyək: həyəcanlanan valideynlərik.

img_3923_copy

*Material otuz dördüncü sayda nəşr olunub.