NARGIS
NARGIS MAGAZINE
Mədəniyyət

FOTOQRAFİYANIN MƏTİN SİNONİMİ – ANRİ KARTYE-BRESSON

3

Van Qoq və rəssamlıq sinonimləşib. Polifoniya və Bax kimi, balet və Bejar kimi. O cümlədən, Fellini və kino da sinonimləşib… Fotoqrafiyanın sinonimi isə yalnız bir nəfərdir – Anri Kartye-Bresson.

6

Əgər nə vaxtsa fotoqrafiya ensiklopediyasını tərtib etmək imkanımız olsaydı, biz vicdanın etirazına baxmadan belə bir səhv buraxa bilərdik: onu "A" hərfindən yox, - növbəti hərfdən başlayardıq. "Bresson" soyadından.

c94f2abecaa1282a8012bdf93fff3349

Yəqin ki, heç bir şey həyatın hərəkətini, onun qarşısıalınmaz tezötüşünü fotoapparatın sürgüsü qədər əminliklə dayandıra bilməz. Ancaq, gerçəkliyin dərinliyini və həcmini, hissiyyatını və sehrini özünə yığan həmin bu “həlledici an” çoxlarının obyektivində baş vermir... Axı, gündəlik həyatın axınından bu xəzinəni – uğurlu kadrı – çəkib çıxarmaq üçün müstəsna göz sahibi olmaq lazımdır. Anri Kartye-Bressonun gözü məhz belə idi. Onu belə də çağırırdılar - "XX əsrin gözü". Amma bu xarakteristikanı, tamamilə haqlı olaraq, “uzadıb” bu günə qədər gətirmək olar. Çünki onun kamera obyektivinin görüb “yaxaladığı” reallıq, öz ilkin çoxcəhətliliyini indi də itirmir.

8

111-189

Elə bir insan ki, fotoapparat onun gözünün davamıdır – belə insan haqqında danışmaq cəhdi heç də asan məsələ deyil... Onun gözü – reallığı incə, humanist qəbuletmənin əks-təsviri idi.

1

Albomunun hər hansı bir səhifəsini açın – və reallıq, bütün kontrapunktları ilə birgə səslənəcək. Axı, onun hər bir fotosunda ağrı və mərhəmət həyatın gözəlliyi və əzəməti içərisindən sızıb keçir. Hər bir fotoşəkildə ümid, dözülməz qüssəylə ziddiyyətə girir...

10

Kartye-Bressonun çoxsaylı, öz bitkinliyi ilə tamamlanmış foto əsərlərinin harmonik “xaosundan” çıxış yolu – yəqin ki, onun yaradıcılığını əlifba sırası ilə mövzulara və dövrlərə, janrlara və onların əhatə etdiyi qitələrə bölməkdə olar. Onun qoyduğu miras bu qədər tükənməzdir...

11

Amma bizim dinc məqsədimiz bu deyil. Yaxşı olar ki, addımlarımızı yavaşıdaq və bir portretlər silsiləsi – Alberto Cakomettinin fotoşəkilləri qarşısında bir az dayanaq. Axı, məhz, gəzən adamın təsvir olunduğu bu şəkillərdə, Bressonun öz yaradıcı şüuru da xüsusi əyaniliklə ifadə olunub. Bu fotoşəkillər, obyekt və onun "fiksatorunun" birləşərək necə vahid üzvi bütövlük olmasının misilsiz dəlilidir.

Альберто Джокометти

Alberto Cakometti – bu parlaq heykəltəraş və rəssamın portretlərini bizə başqa bir görkəmli fotoqraf da miras qoydu. Paris müğənnisi Rober Duano.

Alberto

İki paralelin nümunəsində - parlaq bir fərdiyyətə sahib iki ustanın əsərlərində - istedadlı bir fotoqrafın qavrayışının necə işlədiyini müşahidə etmək olar; həyatın hərəkəti sankı ruhsuz bir texnika ilə necə "tutulur"...

"Rəssam Rəssamın gözü ilə"

Duanonun təfsirində Cakometti azacıq yorğun bir kişidir, onu bir paytaxt ziyalısı, adi bir Paris kafesinin daimi müştərisi kimi də qəbul etmək olar. Artıq gənc olmayan bu adam təzə bir qəzeti gözdən keçirmək, ləzzətlə siqar çəkmək üçün; qaynar qəhvə qurtumları ilə isinə-isinə, böyük şəhərin səs-küyündən ayrılıb qısa bir fasilə etmək üçün Expressə baş çəkib... Amma yaraşıqlı olmamasıyla yanaşı, cazibədarlıqdan da məhrum olmayan kişinin portreti Duanonun “görümü” sayəsində başqalaşır. Axı, bu simanı o, interyerin yarımqaranlığından, günəş işığının yönəlmiş axını ilə tutub və bu da heykəltəraşın görkəmini çox incəliklə qabardır. Fotoqraf-lirikin "fokusuna" düşmüş təbii işıqlandırma, Alberto Cakomettinin dibsiz və melanxolik baxışını incəliklə bürüyür...

Alberto

OLYMPUS DIGITAL CAMERA

Amma Bressonun Cakomettisi– axtaran, sürətli ("tarım bir yayın gərilmiş ipi") – tamamilə fərqlidir. Bu fotolarda Cakometti və Bresson – iki eynimənalı yaradıcılardır. Obyekt və müəllif öz axtarışlarındaykən, eyni dərəcədə döyünürlər. Heykəltəraş düşüncəsinin aramsız daxili işi, rəssam qarşısında dönən yol, baxışımızı perspektivə – sonsuzluğa yönəldən təkrar dairələrin zolağıyla işarələnmiş kimsəsiz yağışlı küçələr metaforasında təcəssüm olunur...

Portrait of Scupltor Alberto Giacometti

"Foto çəkərkən, sanki bir rəsm çəkirsən, amma bir saniyə ərzində." Bressonun bütövlükdə yaradıcılığı kimi, bu fotoşəkil də – onun irəli sürdüyü tezisin qeyd-şərtsiz təsdiqidir.

Albero

Yeriyən heykəllər arasında yeriyən Cakometti – öz yaradıcılığının tam bir proyeksiyasıdır. Heykəltəraşın yayğın fiquru, öz donmuş heykəllərilə ziddiyyətə girərək, bu portret-fotonun sinir və ifadə qüvvətini daha da vurğulayır.

14

Bir sözlə, Bressonun Rəssamı – özünə qapılmış bir maddə deyil. Bressonun Rəssamı həmişə tələsir – yaratmağa can atır.

Həlledici an

“Fikirlərimizin görünən formasını hər gün ətrafımızda tanıya bilərik. Biz diqqətli olmalı və həlledici anın nə vaxt gələcəyini bilməliyik. Sonra isə hər şeyi intuisiyaya həvalə etməliyik. Bu instinktdir.Niyə məhz konkret bu anda düyməni basmalı olduğumuzu bilmirik. An gəldi. Tut onu”.

2

"Həlledici an"... Kartye-Bressonun məşhur proqram məqaləsi. Bu yazı başqa vəsaitlərdən düşüncə və müşahidələrin özünəməxsus ifadə tərzi ilə fərqlənir. Bresson öz təcrübə və qənaətlərini demək olar ki, bədii tövrlə bölüşür. Onun düşüncələrinin şəffafca aydınlığı və dərinliyi, demək olar, hər bir oxucu tərəfindən başa düşülən, bir növ fəlsəfi essedir.

Bu əsər gözəl bələdçi ola bilər və təkcə fotoqraflar üçün yox. Özünü, bu və ya digər şəkildə incəsənətlə ifadə edən hər kəs bundan dəyərli məsləhətlər ala bilər. Bu oçerkin hər hansı bir parçasına nəzər yetirin – sitat gətirməyə və əzbər öyrənməyə, həyata laqeyd olmayanların mantrasına çevrilməyə layiqdir.

Bressonun etirafı: "Foto çəkmək – başı, gözü və ürəyi tuşladığın eyni bir xətt üzərinə qoymaqdır". Özümüzdən isə bunu əlavə edək ki, onun fotoları – böyük rəssamın, şairin, filosofun – fotoqraf Anri Kartye-Bressonun geniş açılmış gözləri və böyük ürəyidir.

12

17

19