NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

ZAMANINDA. RUS AVANQARD RƏSSAMLARI

Dünən, 17 fevralda Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət “Zamanında" adlı sərgi açılıb. Ekspozisiyaya 1900-1930-cu illərdə yaradılmış 60 rəsm əsəri daxildir.

Bu rus avanqardının tanınmamış şedevrlərinin üçüncü sərgisidir. 30 ildən artıqdır ki, rəsm üzrə mütəxəssis Andrey Sarabyanov yüz il əvvəl Rusiyanın regionlarına göndərilmiş bu rəsmləri axtarırdı. Axtarışlar çox vaxt inanılmaz kəşflərlə nəticələnən detektiv tədqiqatlarına çevrilmişdi. Məsələn, "rus avanqardının yapon qadını" Varvara Bubnovanın Yoko Ononun uzaq qohumu olduğu ortaya çıxmışdı.

Klün və Rozanovanın əsərləri uzun müddət müəlliflərinin tanınmasını gözləyiblər - və bu zərif sənət əsərləri ilə baş verə biləcək ən qorxunc hal deyil. 90-cı illərdə Maleviç və Kandinskinin əsərlərini asanlıqla əldə daşımaq mümkün olduğu və avanqardizmin isə sadəcə "kubik və kvadrat" olduğunu düşündükləri bir vaxtda bir çox rəsm əsərləri itib. Bəziləri heç bir müqavilə və geri qaytarılma vədi olmadan xaricə aparılıb, bəziləri məhv edilib, digərləri isə otaqlarda üst-üstə yığılma nəticəsində xarab olublar. Və bir muzey məkanında bu əsərləri zərər dəyməmiş görməyimiz sənət və bütün sənətsevərlər üçün böyük bir sevincdir.

Burada Aleksandr Rodçenkonun 1918-ci ildə çəkdiyi "Siyah üstünə siyah" əsərini görmək olar - rəssam o dövrdə fakturadan boya kimi istifadə edərək səth üzərində işləyirdi. Ekspozisiyaya Kazimir Maleviçin 35 milyon avro qiymətində dəyərləndirilən "Supermatizm. Düzbucaq və dairə" əsəri, Vasili Kandinskinin "Kompozisiya №217" əsəri, Mark Şaqalın 1914-cü ildə çəkdiyi az tanınmış rəsmi, Vladimir Tatlinin avtoportreti, Yuri Pimenovun və Aristark Lentulovun əsərləri və digər rəssamların işləri daxildir - bütün bu əsərləri təqdim etmək üçün Rusiyanın 17 şəhərindəki regional muzeyləri dolaşmalı olduq. Sərginin kuratoru Andrey Sarabyanovun dediyinə görə, onların bir çoxu ilk dəfədir ki, işıq üzü görür.

Sərgini mayın 5-dək ziyarət etmək olar.