NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Bənzəri olmayan bir təcrübə

Bəzən oteldə qalarkən yaşadığımız rahatlıqları adi hal kimi qəbul edirik: qüsursuz xidmət, qar kimi ağ yataq dəstləri, rahatladıcı spa, ləzzətli yeməklər. Halbuki çox vaxt kadr arxasında qalan əsas məqam — qonaqların özlərini evdəki kimi hiss etmələri üçün qonaqpərvərlik sahəsində çalışan insanların gördüyü nəhəng zəhmətdir.

NARGIS jurnalı Four Seasons Hotel Bakunun yeni təyin olunmuş baş meneceri Saakshee Gahlawat ilə söhbət etmək imkanı əldə edərək, unudulmaz xidmət fəlsəfəsinin əsasını təşkil edən dəyərlərdən danışıb.

Azərbaycan xidmət fəlsəfəsi bütün zənginliyi ilə yaşanmalı bir təcrübədir

Sizi qonaqpərvərlik sahəsində karyera qurmağa nə sövq etdi?

Hərbi və qonaqpərvərlik mühiti olan bir ailədə böyümüşəm — anam bu sahədə artıq 30 ildən çoxdur çalışır. Yeni mədəniyyətləri kəşf etmək, onlara yaxından bələd olmaq, güclü insan münasibətləri qurmaq imkanı və dünyanın ən maraqlı, dinamik, yaradıcı sahələrindən birində çalışmaq cazibəsi məni bu sənayeyə cəlb etdi.

Dünyanın müxtəlif ölkələrində fərqli komandalarla çalışmısınız. Rəhbərlik üslubunuzu müxtəlif mədəniyyətlərə necə uyğunlaşdırırsınız?

Ətrafımdakı zəngin və çoxqatlı mədəniyyətləri öyrənməyə və dərk etməyə hər zaman maraqlı olmuşam. Buna görə də bu yanaşma peşəkar yolumda da təbii şəkildə formalaşıb. Hər yeni mühitdə əsas məqsədim insanları, onların hekayələrini anlamaq və onlardan öyrənmək olub. Bu təcrübə həm şəxsi, həm də peşəkar inkişafım üçün çox dəyərli olmaqla yanaşı, liderlik üslubumu uyğunlaşdırmaqda da mənə böyük üstünlük qazandırıb.

Four Seasons London at Park Lane otelinin yenilənməsində və Michelin ulduzlu restoranın açılışında mühüm rol oynamısınız. Bakıda da oxşar yeniliklər gözlənilirmi?

Four Seasons Hotel Baku təkcə şəhərin deyil, bütün ölkənin qürur mənbəyidir. Azərbaycanın Forbes Five-Star reytinqinə layiq görülmüş yeganə oteli və iki Michelin açarı sahibi olaraq, mükəmməlliyə can atmağı əsas prinsipimiz hesab edirik. Çoxdan gözlənilən yenilənmə otelimizi daha yüksək standartlara daşıyacaq və Four Seasons Hotel Baku 2.0-ı əsl “əfsanələr liqası”nda möhkəmləndirəcək maraqlı yeniliklərlə müşayiət olunacaq. Bizi izləyin — ən yaxşısı hələ qarşıdadır.

Lüks turizm seqmentində əsas trendlər hansılardır?

Şübhəsiz ki, gələcək təcrübə əsaslı səyahətlərindir. Seçici qonaqlar artıq “bir daha təkrarı olmayan”, unikal və dərin təəssüratlar axtarırlar. Bugünkü 24/7 həyat tərzində sağlamlıq, rifah, uzunömürlülük və davamlılıq mövzuları getdikcə daha böyük əhəmiyyət qazanır. Bu elementləri birləşdirə bilən və güclü hissi təcrübələr təqdim edən istiqamətlər açıq şəkildə üstün mövqedə olacaq.

Bakıda yaşayıb işləməyin ən çox nəyini sevirsiniz?

Sevdiklərimin siyahısı uzun ola bilər, lakin onun əvvəlində və sonunda Azərbaycanın və Bakının inanılmaz dərəcədə isti, səxavətli, mehriban və gözəl insanları dayanır. Ailəm və mən bu şəhərdə qısa müddətdir yaşasaq da, tarixi zərifliyin müasir şəhər ritmi ilə qovuşduğu bu incə məkan bizə doğma ev kimi gəldi. Bunun səbəbi isə buranın fövqəladə qonaqpərvər insanlarıdır. Çox sağ ol!

Four Seasons Hotel Baku-da ən sevdiyiniz məkan hansıdır?

Möhtəşəm lobbi — sehr məhz burada başlayır.