NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

“Bang & Olufsen Beoplay A9” akustika sistemi – interyer üçün ideal dizayner elementi kimi

İnteryerin dizaynı müasir insanın həyatının ayrılmaz hissəsidir, çünki günümüzün böyük hissəsini qapalı məkanlarda – mənzildə, evdə, işdə keçiririk.

Etiraf edək ki, dəbli və estetik cəhətdən heyranlıq doğuran məkan mənəvi komforta müsbət təsir edir və böyük ölçüdə ruh halını müəyyən edir. Düzgün dizayn unikal atmosfer yaradır, ideal şəkildə düşünülmüş dizayner cizgiləri isə istənilən məkana rahatlıq, komfort və praktiklik bəxş edir. Dəb kimi interyer dizaynı trendləri də dəyişkəndir. Lakin elə dizayner tendensiyaları var ki, müasir dizayn anlayışına tam uyğunluq təşkil edir və bununla da mütləq komfortu və əsl rahatlığı təmin edir.

Təbii materiallar interyer dizaynında getdikcə daha populyar olmağa başlayır. Bu trend cəmiyyətin təkcə istifadə edilən məhsulların, malların və s. keyfiyyətinin əhəmiyyətini deyil, həm də onların ətraf mühitə təsirini başa düşməsi ilə geniş yayılmağa başladı. Dərketmə və ekoloji tələblərə cavab vermək istəyi bütün dünyada dizayn sahəsində müəyyən dəb trendinin əsasını qoydu. Bu, təbii materialların asanlıqla üslub, rahatlıq, komfort və sözlə ifadə edilməsi mümkün olmayan səmimi atmosfer yaratmasının mümkün olduğunu nümayiş etdirilmiş oldu. Ağac, şüşə, daş, mərmər, lələk, bambuk və s. kimi materialların hər biri müxtəlif üslublarla estetik cəhətdən əla uzlaşır və bununla da dizayna unikallıq, özünəməxsusluq və qeyri-adilik bəxş edir.

Əgər bu ilin əsas dizayner trendi haqqında danışsaq, bu, əlbəttə ki, minimalizmdır. Bu trend bir çoxları üçün müəyyən mənada həyat fəlsəfəsinə və tərzinə çevrilib, bununla da interyerdəki lazımsız əşyalardan imtina etməyə imkan verib. Dünyanı sürətlə fəth etməkdə olan trendin əsas xüsusiyyətləri sadəlik və funksionallıqdır. Bu trendin inkişafına məsafədən iş rejiminə keçid təkan verdi. Beynəlxalq ekspertlərin fikrincə, minimalizm hələ daha bir neçə il trenddə qalacaq. Bu dövrdə minimalistik rahatlıq aktuallığını qoruyub saxlayacaq.

2022-ci ilin daha bir trendi interyerdə dəyirmi formalarınolmasıdır. Bu formalar çox cəlbedici görünür. Belə ki, axarlı xəttlər və dəyirmi kənarlar evə əsl rahatlıq və komfort bəxş edir. Bu qlobal dizayner trendinin əsas üstünlüyü dəyirmi formaların istənilən məkana ideal şəkildə uyğunlaşması, bununla da harmonik bütövlük hissi yaratmasıdır. Adət etdiyimiz kvadrat formalı interyer əşyaları son dərəcə sadə görünür və çox rast gəlinir. Digər tərəfdən, interyeri başdan-ayağa “dəyirmiləşdirməyə” ehtiyac da yoxdur. Belə ki, hansısa dəyirmi element əlavə etməklə interyeri rəngarəng etmək və bununla da tamamilə yeni dizayner konsepsiyası yaratmaq olar. Hazırda təkcə ənənəvi mebel və interyer əşyaları (kreslo, pufik, güzgü, xalça və s.) deyil, akustika sistemləri də dəyirmi istehsal edilir. “Bang & Olufsen Beoplay A9” ev audiosistemi interyeri “dəyirmiləşdirən” həmin zəruri element ola bilər.

Əgər siz musiqi həvəskarısınızsa və keyfiyyətli musiqini təkcə konsertlərdə deyil, evinizdə də dinləmək istəyirsinizsə, bunun üçün sadəcə keyfiyyətli audiotexnika almaq kifayət etmir. Onu interyerə də uyğunlaşdırmaq lazımdır. “Bang & Olufsen Beoplay A9” ev audiosistemi ilə audiotexnikanı interyerin dəbli elementinə çevirə bilərsiniz. Bu il bu sistem öz onilliyini qeyd edir. Əgər dizayner trendləri Bakı küləyi kimi dəyişkən olarsa, “Beoplay A9” zamana və dəb tendensiyalarına baxmayaraq, aktual olaraq qalacaq. Buna səbəb onun səs dəqiqliyinin, möhtəşəm dizaynın və hazırlanma ustalığının təcəssümüolmasıdır.

İnteryer üslubunuzun necə olmasından asılı olmayaraq, “Beoplay A9” onunla əla ahəng təşkil edəcək və onun fonunda möhtəşəm görünəcək. Eyni zamanda, istəyinizə uyğun olaraq, kolonkanın tərtibatına dəyişiklik etməklə fərdi xarici görünüş yaratmaq, fərqli parça panellərdən və təbii ağacdan hazırlanmış ayaqlardan ibarət bəyəndiyiniz variantı seçmək imkanınız olacaq. Bununla da təkrarolunmaz ev audiosistemi qazanmış olacaqsınız. Qeyd edək ki, “Beoplay A9” üçün panellər dünyanın qabaqcıl tekstil şirkəti olan “Kvadrat”ın istehsalıdır.

Xüsusi həssaslıqla seçilmiş materialları və ən kiçik detallara xüsusi diqqəti özündə birləşdirən “Beoplay A9” interyerin zərif elementidir. Əfsanəvi dizayna malik bu audiosistemi qürurla hər kəsə nümayiş etdirə bilərsiniz. Məsələn, onu otağın istənilən yerində yerləşdirə və ya əlavə dayaqdan istifadə etməklə divardan asa bilərsiniz. Harada olmasından asılı olmayaraq, inteqrasiya olunmuş səs adaptasiyası sisteminin keçiricisi sayəsində kolonka görünüşü qədər gözəl səslənməni təmin edəcək.

“Beoplay A9” dinləmə atmosferini bərabər paylanan, güclü, inanılmaz dərəcədə zəngin səslə akustik baxımdan birləşdirə bilir. Qeyd edək ki, səslənmə kolonkanın yerindən asılı olaraq optimallaşır, səs gurluğunu tənzimləmək üçün isə sadəcə əlinizi kolonkanın səthinə toxundurmaq kifayətdir. Eyni zamanda yüngül toxunuşla əvvəlki və növbəti trekə keçmək, musiqinisəsləndirmək və ya söndürmək mümkündür. Həmçinin naqilsiz kolonkaları qoşmaq və multistrim sistem yaratmaqla musiqini istənilən otaqda səsləndirə bilərsiniz.

“Beoplay A9” sistemini musiqi striminq servislərinə qoşduqda əla səslənmə bir anın içində bütün evinizi bürüyəcək. Xoş dinləmələr!

“Beoplay A9” ev audiosistemini rəsmi tərəfdaşların mağazalarından əldə edə bilərsiniz – Almastore mağazalar şəbəkəsi və BANG & OLUFSEN butikində.