
Bu Yeni il xüsusidir - Toy’s Delight kolleksiyası özünün 15 illiyini qeyd edir. Bu illər ərzində onun bayram dizaynı bir çox ailə hekayələrinin parçasına çevrilmişdir: tələsmədən edilən səhər yeməklərindən və rahatlıqla dolu çay dəstgahlarından tutmuş, dəb – dəbəli bayram süfrələrinədək. Hər dəfə masa qayğı ilə bəzədilərək yaxınları bir araya toplayır, evdə istilik, sevinc və birliyin ab-havasını yaradır. Toy’s Delight - ın qırmızı, yaşıl və ağ rənglərdən ibarət palitrası bayramın əsl simvoluna çevrilmiş və uşaqlığın isti, sehrli Yeni il ənənələrinin xatirələrini oyatmışdır.
Yubiley münasibəti ilə Villeroy&Boch yeni, uşaq oyuncaqlarının əsrarəngizliyinə yeni nəfəs verən yubiley kolleksiyasını təqdim edir. Santa – Kalus, Qozqıran, Buxar qatarı və yelləncək at sanki bayram nağılının səhifələrindən canlanır, bizi qayğısız sevinc və mövsümün oyunbaz ruhu ilə baş-başa qoyur. Bu kolleksiya nostalji duyğularla müasir zərifliyi birləşdirərək, adi bayram anlarını illərlə yada salacaq xatirələrə çevirir.
Xüsusilə yubiley üçün hazırlanmış eksklüziv advent – təqvim müstəsna diqqətə layiqdir. O, özündə Toy’s Delight kolleksiyasnda olan iyirmi dörd sürpriz ehtiva edir. Bu sürprizlərdən bəziləri yalnız yubiley təqvimində yer almışdır. Belə bir hədiyyə hər dekabrı həqiqətən sehrli edir, bayram gözləntisini əsl təntənəyə çevirir.
Kolleksiyaçılar səbirsizliklə hər il çıxan məhdud saylı kolleksiyaları gözləyir. Bu kolleksiyalar Santanı şimal qütbündən gətirən qütb ekspressinin nostalji hekayəsindən bəhs edir. Dekorasiyalar xüsusi dəqiqliklə rəqəmsallaşdırılmış retro albomlardan ilham alıb. Hər bir əşyanın alt hissəsində qızılı möhür var və o, zərif hədiyyə qutusuna yerləşdirilib. Bu isə onu yalnız bu il əldə edilə bilən dəyərli bir suvenirə çevirilir.
Villeroy&Boch bayram kolleksiyaları ən yaxılarınızla dəyərli xatirələrə çevriləcək anlarınızı bölüşdüyünüz Yeni il masasını zəriflik və doğmalıq ab – havası ilə doldurur.
Yeni il ab – havasına Villeroy&Boch ilə brilikdə brendin Bakıda yerləşən ünvanlarında, həmçinin Coin Casa (Ganjlik Mall) butikində qərq olun.
Əlaqə üçün ünvan və telefonlar:
Villeroy&Boch Boutique, 28 may küçəsi, 22A
+994 12 4980333 / +994 51 244 52 67
Villeroy&Boch Boutique, Hüseyn Cavid prospekti,22
+994 12 5109126 / +994 50 5540204
Coincasa Ganjlik Mall, Fətəli xan Xoyski, 14
+994 12 599 15 55 / +994 51 599 15 55
İtaldizain haqqında
İtaldizain şirkəti 1996 – cı ildə təsis edilmişdir. İlk vaxtlarda Azərabaycana yükəsk keyfiyyətli İtaliya mətbəx mebellərinin çatdırılması üzrə ixtisaslaşmışdı. Bu gün İtaldizain ölkənin dörd bir yanında yerləşən onlarla lüks butik idarə edən böyük holdinqdir. Şirkət geniş məhsul çeşidi təklif edir: zərgəlik əşyaları və saatlardan qab – qacaq, ev üçün məhsullar və interyer akssesuralarınadək.
Villeroy&Boch haqqında
Villeroy&Boch – premial Dining&Lifestyle seqmentində, həmçinin vanna otaqları və wellness üçün məhsullar üzrə dünya liderlərindən biridir. Əsası 1748 – ci ildə qoyulmuş şirkətin baş idarəsi Almaniyada yerləşir. Şirkət keyfiyyəti, kult dizaynı təcəssüm etdirməklə hər bir evi və birlikdə keçirilmiş vaxtı həqiqətən də xüsusi etməyə can atır.