NARGIS
Az En
NARGIS MAGAZINE
Культура

Make the Earth Smile

İyunun 10-da Bakı Dənizkənarı Bulvarda NARGIS Nəşriyyat evinin təşkil etdiyi eksklüziv “Reduce, Reuse, Recycle, Respect” sərgisi çərçivəsində yararlı tullantı materiallarından hazırlanan sənət əsərləri sərgisinin açılışı olub.

Uğurlu açılışdan bir ay sonra NARGIS Nəşriyyat Evi Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə 5-14 yaş arası uşaqlar üçün “Make the Earth Smile” (“Yer kürəsində təbəssüm yaradın”) açıq dərslər, interaktiv görüşlər, açıq havada məşğələ, ekskursiyalar və ustad dərsləri proqramının təşkilinə başlayıb. Ekskursiya zamanı uşaqlara tullantıların düzgün atılması, təkrar emal edilə bilməyən materialların zərərləri və tullantıların sənət əsərləri yaratmaq üçün istifadəsi barədə öyrədilir. Proqram hər cümə günü 23 iyul - 27 avqust tarixlərində NARGIS jurnalının sərgisi olan Bakı Dənizkənarı Bulvarda, saat 17.00-19.00-da keçirilir.

Tədbirin proqramına aşağıdakılar daxildir - mütəxəssislərlə görüşlər, israf problemindən danışmaq, uşaq qrupları ilə müzakirə, komanda debatları. Həmçinin açıq havada komanda interaktiv oyunları, NARGIS jurnalının sərgisinə ziyarət, heykəltəraş və rəssamların əsərlərinin müzakirəsi, "Əşyaların ikinci həyatı" oyun-ev tapşırığı və “Yaradıcı Mən" dizaynerlə master-klass.

Qeyd edək ki, sərgidə təqdim olunan 15 instalyasiya arasında Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə NARGIS Nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsinin qalibi Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli də yer alır. Məktəblilərin bu cür sərgilərdə iştirakı onlarda təbiəti qoruma şüurunun formalaşdırılması və ekoloji tərbiyənin təbliği baxımından faydalıdır.