NARGIS
Az En
NARGIS MAGAZINE
Nargis for Eco

Gələcəyin enerjisi / Energy of the Future

Energy of the Future

Author: students of the Republican Children and Youth Development Center under the Ministry of Education

Many batteries are used in household appliances on a daily basis and ending their lives in landfills they pollute soil and water. This installation is made of used batteries by students of the Republican Children and Youth Development Center under the Ministry of Education. Making a work of art out of waste is a demonstration of the ability to give them new life. Inspired by the idea of protecting the environment, the children were able to turn the electricity of batteries into art and creativity, realizing the concept of energy never running out and only passing from one form to another. The process of preparing the exhibit encouraged the children, inspired them to search for new ideas and helped to form a modern approach to recycling. Batteries used for the installation were collected by members of the “Ecoclub” of the Republican Children and Youth Development Center under the Ministry of Education as part of the “Yaşıl şəbəkə” (“Green Network”) environmental education program.


DIMENSIONS: 150 X 150 CM MATERIAL: USED BATTERIES

Gələcəyin enerjisi

Muəllif: Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri

Gündəlik olaraq məişət cihazlarında çoxlu sayda batareyalar istifadə olunur və onlar öz ömürlərini zibilliklərdə bitirərək torpağı və suyu çirkləndirirlər. Bu quraşdırma Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən istifadə olunmuş batareyalardan hazırlanıb. Tullantılardan incəsənət əsərinin hazırlanması onlara yeni həyat vermək imkanının nümayişidir. Ətraf mühitin mühafizəsi ideyalarından ilhamlanan uşaqlar enerjinin heç zaman tükənməməsi və yalnız bir formadan digər formaya keçməsi konsepsiyasını reallaşdıraraq, batareyaların elektrik enerjisini incəsənət və yaradıcılıq enerjisinə çevirə bildilər. Eksponatın hazırlanma prosesi uşaqları həvəsləndirdi, yeni ideya axtarışlarına ruhlandırdı və təkrar emal məsələlərinə müasir yanaşmanın formalaşmasına kömək etdi. İnstalyasiya üçün istifadə olunmuş batareyalar “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Ekoklub” üzvləri tərəfindən yığılmışdır.

ÖLÇÜLƏR: 150 X 150 SM MATERİAL: İSTİFADƏ OLUNMUŞ BATAREYALAR