Demography and Increase
Author: Elshan İbrahimov
Investigations show that industrial growth is fully commensurate with the growth of the world population. This leads to excessive exploitation of natural resources, environmental pollution causing wastes, and an adverse impact on flora and fauna. Consequently, hundreds of species have become extinct and thousands of plants and animal species are endangered. Concerns about environmental pollution and population growth are becoming increasingly global and turning into the most pressing issue for modern society. The composition embodies frozen time - a clock. The design describes the dial, which symbolizes the periodic problems of mankind, and in this way refers to the ecosystem of the Earth where these troubles occur. At the center of the composition, which characterizes a single organism, there are triangles on the axis showing the growth of demographics and industries. The objects that represent the sources of the Earth’s contamination are depicted along the dial. In general, the composition demonstrates how extensive and dangerous the scale of the environmental problem is.
DIMENSIONS: 210 X 210 X 100CM MATERIAL: METAL SHEET, PAINT
Demoqrafiya və artım
Müəllif: Elşən İbrahimov
Tədqiqatlar göstərir ki, dünya əhalisinin demoqrafik artım səviyyəsi ilə sənaye sahələrinin artımı tam mütənasibdir. Bu isə təbii ehtiyatların həddindən artıq istismarına, ətraf mühitin tullantılarla çirklənməsinə, flora və faunanın zərərli təsirə məruz qalmasına səbəb olur. Nəticədə yüzlərlə canlının nəsli kəsilmiş, yer üzündən tamamilə yox olmuş, minlərlə bitki və heyvan növü isə məhv olmaq təhlükəsi qarşısındadır. Ətraf mühitin çirklənməsi və əhalinin demoqrafik artımı ilə bağlı narahatlıqlar getdikcə qloballaşır və müasir dövrdə ictimaiyyət üçün ən aktual problemə çevrilir. Hazırkı kompozisiya donmuş zamanı – saatı təcəssüm etdirir. Konstruksiya bəşəriyyətin dövri problemlərini simvolizə edən siferblata – bu problemlərin baş verdiyi yer kürəsinin ekosisteminə istinad edir. Vahid bir orqanizmi təcəssüm etdirən kompozisiyanın mərkəzində ox üzərində demoqrafiyanın və sənaye sahələrinin artmasını göstərən üçbucaqlar yerləşir. Siferblat boyunca təsvir edilən obyektlər isə Yer planetinin çirklənməsinə səbəb olan mənbələri əks etdirir. Ümumilikdə kompozisiya ekoloji problemin miqyasının nə qədər böyük və təhlükəli olduğundan xəbər verir.
ÖLÇÜLƏR: 210 X 210 X 100SM MATERİAL: METAL LÖVHƏ, BOYA