NARGIS
Ru En
NARGIS MAGAZINE
Reportaj

"Suasana Ceria" — The Spirit of Bali

Nəfəs kəsən çimərlikləri, gur mənzərələri və canlı mədəniyyəti ilə tanınan ekzotik ada onun torpağına ayaq basan hər kəs üçün sehrli təcrübə vəd edir. Okeanın zərifcə sığalladığı daşlar, məbədlərin günəşlə işıqlanan damları, zümrüd yaşıl tarlaları, şaqqıltılı dalğaların ritmik səsi və dənizin qoxusu sehrli atmosferi daha da gücləndirir. Bu kiçik və o qədər də kiçik olmayan canlılarla görüşəcəyiniz meymun meşəsində rahat gəzmək adanın flora və faunası haqqında anlayışınızı daha da dərinləşdirəcək. Bali, şübhəsiz ki, hissləri ovsunlayan və əbədi olaraq sizinlə qalacaq xatirələr yaradan bir yerdir.