NARGIS
Ru En
NARGIS MAGAZINE
HADİSƏLƏR

THE FACE ONLY-DƏN GÖZƏLLİK SİRLƏRİ

İyunun 17-də Bakıda THE FACE ONLY premium gözəllik məkanı açılışının birinci ildönümünü qeyd etdi. THE FACE ONLY-nin daimi müştəriləri, dostları, ekspertlər, beauty-blogerlər və çoxsaylı gözəllik həvəskarları sevimli salonlarını təbrik etmək, gözəllik sənayesindəki yeni tendensiyalar haqqında məlumat almaq və yeni prosedurları müzakirə etmək üçün məkana təşrif buyurdular.

Tədbirin xüsusi dəvət olunmuş qonaqları layihənin ilhamvericiləri və qurucuları Mariya Ginzburg (Wax&Go salon şəbəkəsinin yaradıcısı) və Rasida Lakoba (Rasario brendinin yaradıcısı) idi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Qısa müddət ərzində düzgün qulluq adeptlərinin sevimli məkanına çevrilən gözəllik salonunun ürəkaçan atmosferində qonaqlara yeni prosedur – xüsusi TFO masajı təqdim olundu. Onun xüsusiyyəti üz və baş əzələlərinin dərindən işlənməsi, aydın konturun formalaşması və ani liftinq effektinin əldə edilməsidir. Həmçinin dəvət olunanların hər biri THE FACE ONLY-dən hədiyyələr aldı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Tədbir atmosferli və dekorunun hər detalı estetik zənginliyi ilə fərqlənən Notes gastrobarında xüsusi şam yeməyi ilə davam etdi.

THE FACE ONLY yeni nəsil gözəllik məkanlarının beynəlxalq şəbəkəsidir, onun konsepsiyası özündə təbii üzə qulluq mədəniyyətini, təhlükəsizliyi, qayğı və istənilən yaşda nəcib gözəlliyi cəmləşdirir. İlk məkan 2019-cu ildə Moskvada açılıb və 4 il ərzində şirkət dünyanın beş ölkəsində 10 kosmetoloji məkan açıb. Rahat, qonaqpərvər gözəllik məkanına daxil olan hər bir müştəri öz unikallığını hiss edə və fərdi prosedurlar kursunu sınaya bilər. Gözəl ab-hava, qonaqpərvərlik, keyfiyyət və bütün prosedurların yüksək səmərəliliyi THE FACE ONLY-nin bütün qonaqları üçün yaxşı əhval-ruhiyyənin qarantıyasıdır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

THE FACE ONLY kosmetologiyada yeni istiqamətdir, unikal prosedur protokollarına əsaslanır və yalnız müvafiq təlim keçmiş və tibbi təhsili olan sertifikatlı mütəxəssislər tərəfindən həyata keçirilir.

THE FACE ONLY məkanının qonşuluğunda Wax&Go premium salonlar şəbəkəsi yerləşir. Wax&Go birdəfəlik dırnaq mişarı texnologiyası ilə manikür, bədən baxımı məhsulları, həmçinin mum və lazer epilyasiyası prosedurlarında ixtisaslaşır. Mum epilyasiyası prosedurunun unikallığı Bakıda və Moskvada yeganə rəsmi distribyutoru Wax&Go olan Lycon mumunun istifadəsindədir. Mum dəri tipinə görə fərdi olaraq seçilir, qoruyucu kosmetik yağ isə proseduru tamamilə ağrısız edir.