NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Beynəlxalq Visa Nağdsız Forumu 2024

Martın 14-də Azərbaycanın paytaxtı Bakıda Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa bazarlarında “Visa”nın ən əhəmiyyətli tədbirlərindən biri olan “Beynəlxalq Visa Nağdsız Forumu 2024” keçirilib. Konfrans ən son ödəniş texnologiyaları trendlərinə həsr olunub. Tədbir 300-dən çox iştirakçını bir araya gətirib. Çıxış edənlər arasında “Visa”nın baş menecerləri, dövlət və biznes sektorlarının nümayəndələri, həmçinin ödəniş texnologiyaları və maliyyə bazarları sahəsində beynəlxalq və regional mütəxəssislər var idi. Bundan əlavə, “Visa Nağdsız Forumu” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu ilə “Visa” arasında əməkdaşlıq sazişi imzalanıb. “Hər gün yüz minlərlə azərbaycanlı “Visa”nın rahat ödəniş sistemindən istifadə edir. Bu ölkə istehlakçıların və sahibkarların qabaqcıl ödəniş metodlarını tez mənimsəməsi mövzusunda xüsusi yer tutur, banklar isə bu yenilikləri tətbiq etmək üçün lazımi səviyyədə texnologiya və infrastruktura malikdir. Mən partnyorlarımıza texnoloji həllər və layihələrin işə salınması üzrə əməkdaşlıqlarına görə təşəkkür etmək istərdim”, - deyə “Visa”nın CISSEE regionu üzrə qrupunun baş vitse-prezidenti, ölkə üzrə menecer Kristina Doros bildirib. “Azərbaycan “Visa” üçün strateji əhəmiyyətli bazardır. Ölkədə fəaliyyət göstərdiyimiz 27 il ərzində tərəfdaşlarımızla əməkdaşlıq edərək müxtəlif sahələrdə çoxlu həllər və texnologiyalar təqdim etmişik. Son bir neçə il ərzində biz kiçik, orta və böyük müəssisələr üçün də qabaqcıl həll üsullarının təqdimatını həyata keçirmişik. Eyni zamanda, biz öz sosial təşəbbüslərimizi də həyata keçiririk, “She’s Next, Powered by Visa” layihəsi ilə Azərbaycandakı sahibkarları dəstəkləyir və Azərbaycan Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq edərək idmanın inkişafına da öz töhfəmizi veririk. “Visa” öz müştəriləri və tərəfdaşları ilə birlikdə Azərbaycanın maliyyə sektorunda rəqəmsal yeniliklərini tətbiq etməyə davam edəcək”, - deyə “Visa”nın Azərbaycan üzrə ölkə meneceri, baş direktor Nurlan Hacıyev bildirib. “Visa” 2017-ci ildən etibarən “Visa Nağdsız Forumu”nu həyata keçirir. Qeyd edək ki, Azərbaycanda ilk forum 2020-ci ildə keçirilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

  •  
  •  
  •  
  •  
/