NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

“BULGARI High Summer 2024”: “Italian Escape“

“BULGARI High Summer 2024” DƏRİ MƏHSULLAR VƏ AKSESUARLAR KOLLEKSİYASI

İTALYAN TOXUNUŞU

İtaliyada yay fəsli sadəcə bir mövsümdən daha artığıdır, həyat tərzidir. Çimərliklərdə keçirilən günlər, insanı sonsuz kəşflərə dəvət edən gizli “mücəvhərlər”, ruhu işıqlandıran günəşli hava əhval-ruhiyyəsi və axşamları rəngarəng edən enerji.

İtaliya səyahətinin insanda yaratdığı möhtəşəm hisslərdən ilhamlanan “Bulgari High Summer 2024” Dəri Məhsullar və Aksesuarlar kolleksiyası qayğısız anlar yaşamaq və həyatdakı ən gözəl şeylərdən həzz almaq istəyini özündə əks etdirir. Bu “yaxşı hisslər”i möhtəşəm şəkildə təqdim edən kolleksiya yay aylarından ilhamlanmış motivlər və “Bulgari” sənətkarlığının ən son ifadələri olan “Chevron Fabric” və “Woven Wicker” kimi mövsümi animasiyalarla canlandırılıb. Ən qiymətli ekzotik elementlərin qarşısıalınmaz cazibəsi kreativ toxunuşlar və sənətkarlıq vasitəsilə daha da artırılır, incə dərinin solmayan cazibəsi isə ən müasir əlavələrlə tamamlanır.

Çəhrayı çalarlardan qumlu çimərlikləri xatırladan yumşaq nüanslara qədər, müasir cazibə ilə bəzədilmiş bu mövsümün xromatik palitrası parlaq almaz, gümüşü və qara kimi zamansız rənglər vasitəsilə ilham və həzzdən ibarət bir kainat formalaşdırır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

İtaliyanın bitməyən yay günlərinin yumşaq ruhunu vurğulayan “Bulgari”, “Chevron Fabric” modelini təqdim etməklə simvolik “Serpenti Forever Top Handle” və hipnotik “Serpentine Pouch” çantalarına fərah görünüş qatır. Klassik “Chevron” naxışları “Bulgari”nin dizayn komandası tərəfindən üç fərqli parçadan hazırlanmış mövsümi material vasitəsilə yenidən dizayn edilib. Bu motivi yaratmaq üçün pambıq, lüreks və rayon sapları tamamilə əl işi üçün təchiz edilmiş dəzgahla toxunaraq cazibədar və dəbdəbəli bir parçaya çevirilir. Bütün bu proses təqribən dörd həftə davam edən peşəkar sənətkarlıq işi nəticəsində başa çatır. Həm çantanın dizaynının, həm də teksturasının zənginliyini artırmaq məqsədilə zərif kölgə effektinin verilməsi üçün “Ivory Opal” dərisi “Chevron” panellərinin ətrafına işlənilir, bu isə “Serpenti Forever Top Handle” çantasının üçün lazım olan əlavə bir addımdır. Xromatik palitraya mükəmməl uyğunlaşdırılmış, ikonik ilan başı simvollu maqnit qapaq isə parlaq və qara materialdan hazırlanmış gözlər ilə bəzədilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Tətil əhval-ruhiyyəsinə girmək üçün daha bir mövsümi element, əsl italyan zərifliyinin toxunuşu olan, “Serpenti Forever Top Handle” çantasının daim artan cazibəsini özünəməxsus enerjisi ilə tamamlayan “Woven Wicker”dir.


“Bulgari”nin peşəkar sənətkarlıq prosesi ilə daha da yaxşı hala gətirilmiş təbii material xüsusi hazırlanmış metal çərçivələrin ətrafına iki müxtəlif naxışla və əl ilə toxunub. Bu iki növ naxış çantanın ikonik formasını yenidən təfsir edərək unikal bir dizayn yaradır. Çantanın qapağı və üst tutacağı ümumi görüntüsünə uyğun “Ivory Opal” dərisindən hazırlanıb və qızılı tonlarla örtülmüş cazibədar ilan başı simvolu ilə bəzədilib. Bu ilan başı simvolu çantanın zərif və təbii tonları ilə çox gözəl uyğunluq təşkil edir.

“Serpenti”nin dəyişkən təbiətinin şərəfinə hazırlanmış bu fərah, təravətli və yay mövsümünə uyğun versiya zamansız dizayn, detallar və müasir istedadın qarışımı ilə ikonanın universal görünüşünü təqdim edir.
Yayın canlılığı və ən həyəcanlı anları isə gümüşü zolaqlar çəkilmiş dəri material ilə ifadə olunub. Bu yaxınlarda təqdim edilən, daha yığcam ölçülərə malik “Serpenti Top Handle Mini” çantası və zamansız “Serpenti Forever Day-to-Night” çiyin çantası özünəməxsus cazibəyə malikdir.

Biri üst tutacağı, çıxarıla bilən zənciri və dəri kəməri ilə müxtəlif cür geyinilə bilir, digəri isə qısa formadan uzun formaya asanlıqla keçirilə bilən zəncir kəmərə malikdir. Hər iki stil bu kolleksiyanın simvolu olan məftunedici ilan başı formalı qapaq ilə tamamlanıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Təbii gözəlliyi və kəskin almazı xatırladan özünəməxsus teksturası ilə bu zolaqlı dəri, xüsusi folqanın zolaqlı və metallik effekt verən istilik rulonu vasitəsilə ustalıqla tətbiq olunması ilə əldə edilir, bu isə öz növbəsində “Bulgari”nin yaradıcılıq və usta sənətkarlıq vasitəsilə yeni sərhədləri kəşf etmək qabiliyyətinin təzahürüdür.
“Pale Pink Quartz Pure Karung”un parlaq örtüyü öz incəliyi ilə “Serpenti Forever Top Handle Mini”“Serpentine Top Handle” çantalarının cazibəsini özündə birləşdirir. Hər zaman qiymətli ekzotik elementlər üzərində öz xüsusi toxunuşlarını edən “Bulgari”, ən incə və cəlbedici materialların ucsuz-bucaqsız dünyasını kəşf etmək üçün müxtəlif sənətkarlıq növlərini araşdırmaqda davam edir. Burada təbii rənglər vahid və solğun rəng effektini əldə edə bilmək üçün tamamilə ağardılır, parlaq görüntü isə “LISSAGE” adlı xüsusi prosedur vasitəsilə əldə edilir.
Yığcam, ultra-modern və xüsusi dizayna malik “Serpenti BAIA” çiyin çantası “Milky Opal Pearly Karung” kolleksiyasında tamamilə yeni və qlamur görünüşü ilə geri dönür. Əvvəlcə bir az boyanıb, daha sonra naxışları zərifləşdirmək və hamarlamaq üçün yastılanan, təbii rəngi və naxışı dəridən dəriyə fərqlənən bu incə materialın üzərinə, nəhayət, mirvari tozu səpilir. Bu isə öz növbəsində materiala xüsusi mirvari parıltısı verir. Bu xüsusi sənətkarlıq, trenddə olan gündəlik stilin cazibədarlığını “Bulgari” üsulları ilə daha da artırır.

Kolleksiyanın əsas tərzləri və dizaynları ilə oynayan seçilmiş mini çantalar və kiçik dəri məhsullar mövsümün xromatik palitrasını, eləcə də onun yeni versiyada işlənməsini və yay mövsümünə uyğun materialları əhatə edir.
İstənilən italyan toxunuşunun ən vacib elementləri kimi, ən son toxuculuq məhsulları ikonik şərflər, çox yönlü parçalardan ibarətdir, bunlar isə parlaq mücəvhər buketlərlə və təqdim olunan “Maison”un zamansız estetik motivlərinin yeni təfsirləri ilə tamamlanır – bunların hər biri “Bulgari”ni fərqləndirən usta sənətkarlıqla hazırlanmışdır.

Hazırlanma prosesinin pərdə arxası: