NARGIS
Ru En
NARGIS MAGAZINE
Travel blog

LOVE, NARGİS: AVROPANIN MİLAD YARMARKALARI

Avropada Milad bayramı – əsas ailəvi bayramdır. Bizim növbəti səyyahlarımız Fidan və Ramin Əliyevlər Avropanın ən gözəl şəhərləri olan Vena və Praqaya bayram yarmarkalarının sehrinə toxunmaq, buz üstündə sürüşmək, ətirli qlintveyn içmək, şirin fındıq və qızardılmış şabalıd dadmaq üçün ailəvi səyahətə çıxdılar. Milad bayramı ərəfəsində qiymətlər qalxdığı üçün Fidan və Ramin ilin bu fəslində turistlər üçün bu kiçik əyləncələrin neçəyə başa gəldiyini araşdırmağa tənbəllik etmədilər və bizimlə öyrəndiklərini bölüşdülər.

Nağıl bizim mehriban sehrbazlar sayəsində füsünkar oldu: PASHA Travel komandası bizim Travel blog Love, Nargis səyyahlarını istirahət etməyə və səyahətdən zövq almağa fürsət verərək naxoş macəralardan qoruyurdu; Azercell rouminq xidməti sayəsində Fidan və Ramin dostları ilə ən sevincli anlarını real zaman rejimində paylaşdılar; və PASHA Bank komandası sayəsində isə səyyahlarımız dəyərli zamanlarına qənaət edərək kağız pullarla vaxt itirmədilər. Bundan əlavə, xoş xatirələr və fotolardan savayı qəhrəmanlarımız dəyərli hədiyyə qazandılar – PASHA Bank Miles & Smiles kartından istifadə etdikləri üçün mil topladılar.

Vena və Praqanın Milad bayramı ərəfəsində dünyanın bütün ölkələrindən milyonlarla insan arasında niyə bu qədər populyar olduğunu öyrənməyə hazırsınız? Baxın və bizimlə birlikdə səyahət edin!

Love,