İyul ayında Travel blog Love Nargis səhifəsinə gözəlliyin, təhlükənin və əla musiqinin yer aldığı daha bir maraqlı buraxılış əlavə olundu. Cazibədar Kapadokiyadan ildən-ilə milyonlarla turistin toplaşdığı rəngarəng festivalları görmək üçün Pireney yarımadasına yollandıq.
Səyyahımız Leyla Bağırlı vaxtını boş yerə itirmədi: Ernest Heminqueyin haqqında yazdığı məşhur San Fermin fiestasında öküz yarışlarında adrenalin yaşadı və Avropanın ən populyar musiqi festivallarından biri "MadCool"u ziyarət etdi.
Sponsorlarımıza göstərdikləri köməyə görə təşəkkür edirik. Onların dəstəyi olmadan bu buraxılış ərsəyə gəlməzdi. Azercell sayəsində dünyanın ən uzaq guşələrindən belə ən maraqlı anları dərhal paylaşa bilirik. PASHA Bank dəstəyi sayəsində valyuta mübadiləsi şöbələrində növbələrdə vaxtımız getmir və nəğd pul itkisi barədə narahat olmuruq, PASHA Travel isə səyahətlərimizin təhlükəsiz və maksimum rahatlıqla həyata keçirilməsini təmin edir. PASHA Bank Miles & Smiles kartı ilə nağdsız ödənişlər edərək hər bir əməliyyatdan mil qazandıq!
Nargis ilə birlikdə baxın və səyahət edin!
Sevgilərlə,